Home / Gündəm / Bu kənddə hamı milyonçudur – FOTO
wualp_1476513500_4788-1

Bu kənddə hamı milyonçudur – FOTO

Çinin Huanxi kəndində demək olar ki hər kəs villada yaşayır. Kəndin təxminə 1500 nəfər sakini var.

ATO.AZ  xarici mətbuata istinadən xəbər verir ki, dünyada bənzəri olmayan bu kənddə evlər bir neçə mərtəbəlidir.

Həmçinin kənddə dünyanın bir çox məşhur abidələr – Çinin şimalındakı Çin səddi, Pekindəki Qadağan olunmuş şəhər, Nyu-Yorkdakı Azadlıq heykəli, Sidneydəki Opera binasının oxşarı tikilib.

Kənd ağır sənayedən tutmuş tekstil, turizmə qədər bi bir çox sahələrdən gəlir əldə edir. Əldə edilən gəlirin böyük bir hissəsi sakinlər arasında bölüşdürülür. Keçən il gəlir həddən artıq çox olduğuna görə hər ailəyə bir maşın hədiyyə olunub.

Huanxi kənddən daha çox şirkətə bənzəyir ki, kəndlilər onun səhmdarları hesab edilir. 2003-cü ildə istehsal gücü 10 min yuandan çox olan yaşayış məntəqəsi Çinin ən varlı kəndi statusunu alıb. Kənddə turizm yeni sahə olsa da, ildə orta hesabla 2 milyondan çox turist qəbul edir.

Kəndin özünün iki helikopteri və iki böyük yük gəmisi var.

Kəndə daxil olanda yol boyu möhtəşəm villalarla qarşılaşmaq olur. Ancaq təkcə villalalar deyil, sakinlərin lüks maşınlar da diqqətdən yayınmır.

Kəndin bu vəziyyətə gəlməsində əməyi olan 84 yaşlı bələdiyyə sədri Vu Rınbao bu işləri tamamilə öz gəliri hesabına etdiyini deyir.

ATO.AZ

About admin

Check Also

31218570_575967129427298_228850954340925440_n

Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu

Share this on WhatsAppYerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb. Ato.az  xəbər verir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *