Home / Gündəm / Misir prezidenti ölkəsində Rusiya hərbi bazasının yaradılacağını təkzib edib
473f9cd48c03df26e08fd1650c307ac4

Misir prezidenti ölkəsində Rusiya hərbi bazasının yaradılacağını təkzib edib

Misir prezidenti Abdel Fəttah as-Sisi ölkəsində Rusiya, yaxud başqa bir ölkənin hərbi bazasının olmadığını və olmayacağını bəyan edib.

 

ATO.AZ APA-nın verdiyi məlumatına görə bildirir ki, Misir prezidenti  “Əl-Əhram” qəzetinə müsahibəsində deyib ki, bəzi Misir KİV-ləri araşdırmadan belə informasiyalar yayıblar.

 

Qeyd edək ki, Rusiyanın “İzvestiya” qəzeti xarici siyasət və hərbi dairələrdəki mənbələrə istinadən Rusiyanın Misirdə hərbi obyektlər, o cümlədən Sidi-Barrani şəhərindəki hərbi hava bazasını icarəyə götürməklə bağlı Qahirə ilə danışıqlar apardığı barədə məlumat yayıb. Bəzi Misir KİV-ləri də bu məlumata səhifələrində yer verib. Ancaq sonradan Misir Prezident Administrasiyasının rəsmi nümayəndəsi Alya Yusef bu informasiyanı təkzib edib.

ATO.AZ

About admin

Check Also

ege-de-yeni-gerilim-sahil-guvenlik-kayaliga-10760599_1494_m

Yunanlar türk adalarına BAYRAQ SANCDI: komandolar HƏRƏKƏTƏ KEÇDİ – DƏHŞƏTLİ MÜHARİBƏ

Share this on WhatsAppEgey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *