Home / Türk Dünyası / İlk Türk Dövləti
14563474_347343068936223_4830244805428147226_n

İlk Türk Dövləti

TÜRKLƏRİN İLKİN ATA YURDU VƏ İLK TÜRK DÖVLƏTİ Bəxtiyar Tuncay[/b] NUH OĞLU YAFƏSLƏ (OLCAYLA) BAĞLI ETNOQONİK MİFLƏR: TÜRKLƏRİN İLKİN ATA YURDU VƏ İLK TÜRKDÖVLƏTİ 1. Məsəlnin qoyuluşu. Folklorşünas alimlərimizin gərgin əməyi sayəsində ötən əsrdən etibarən ölkəmizin müxtəlif bölgələrindən son dərəcə zəngin folklor materialı toplansa da, bu materialın tarixçilərimiz tərəfindən nəzərə alınması və tədqiqatlara cəlb edilməsi istiqamətində olduqca az iş görülmüşdür. Fikrimizcə, məsələnin bu şəkildə qoyuluşu folklorşünaslığımız qarşısında yeni üfüqlr aça bilər. Bu isə öz növbəsində yeni tədqiqat istiqamətlərini müəyyən edər. 2. İşin məqsədi. Bu məqalədə məqsəd Azərbaycan ərazisindən toplanılan folklor materialının daşıdığı informativ yükü qədim qədim tarixi qaynaqlar əsasında şərh etməklə, şifahi xalq ədəbiyyatımızın köklərinin çox- çox qədimlrə uzandığını, bu yolla mənəvi mədəniyyətimizin də maddi mədəniyyətimiz qədər qədim olduğunu sübut etməkdir. Lakin bu yeganə məqsəd deyil. Əgər deyilənə nail olunarsa, Azərbaycanın aborigen əhalisinin pratürklər olduğu sübut edilmiş olar ki, bu da məqaləmizin ən əsas hədəfidir. [b]Azərbaycanda qurulan ilk türk dövləti, onun qurulma tarixi və ilk xaqanları haqqında dəqiq söz söyləyə bilmək üçün yetərincə yazılı məlumat vardır. Lakin tədqiqatçılar bu məlumatları nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar. Həqiqət isə budur ki, bu məlumatlar müxtəlif minilliklərə və əsrlərə aid olsalar da bir-biri ilə inanılmaz dərəcədə üst-üstə düşməkdə, bir-birini tamamlamaqdadırlar. Həmin məlumatlara əsasən, Azərbaycanda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya təsadüf edir və bilavasitə Nuh əleyhissəlamın adı ilə bağlanır. Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, samilərin Yafəs, türklərin isə Olcay (və ya Bulca, Abulca) adı ilə tanıdıqları şəxsin adı çəkilir. Vlll əsrdə yaşmış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi” kitabında Yafəsin soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox maraqlı və qiymətli məlumatlar verməkdədir: “Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona (əslində Qordiana, yəni Kürdüstan olmalıdır – B.T) qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına çatırdı”(Kalankaytuklu, 1993, s. 14). Bu məlumatdan göründüyü kimi, Vlll əsr tarixçisi, Yafəsə verilən torpaqlardan söz açarkən, Midiyanın adını çəkir. Midiya isə eramızdan əvvəl Vll – V əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətin adıdır. Müəllif bununla sadəcə sözügedən əraziyə işarə etmişdir. O, kitabının “Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı Vll fəslində Yafəsi Albaniyanın, yəni Azərbaycanın ilk xaqanı kimi təqdim edir, ondan hökmdar kimi söz açır. Kitabının ll fəslində, Yafəsin soyundan və bu soyun hakim olduğu ölkələrdən danışarkən, Musa Kağankatlı yenə də Azərbaycanı birinci sırada göstərir və ilk iki yerə Atropatena və Albaniyanı, yəni Azərbaycanın cənub və şimalını yerləşdirir. Ümumiyyətlə, bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian müəlliflərin əsərlərində də müşühisə edilir. Bu baxımdan lV əsr tarixçisi Pamfilanın oğlu Yevseviyin yazdıqları da maraq doğurur: “…Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin soyundan olan xalqlardır. Midiyadan Speriyaya, okeandan Akvelona qədər onlar belə düzülmüşlər; midiyalı-lar, albanlar, qarqarlar.., sarmatlar.., meotlar, iskitlər, tavriyalılar.., bastaranlar… XlX əsrin görkəmli Azərbaycan tarixçisi və maarifçisi Abbasqulu Ağa Bakıxanovun yazdığına görə,Yafəs türklərin ilk hökmdarı olmuşdur. O, Xlll – XlV əsrlər müəllifi Həmdullah Müstövhi Qəzvininn “Tarixi-Qozide” və XV əsr müəllifi Xondəmirin “Xülasətül-Əxbar” əsərlərinə istinad edərək, Yafəsin oğulları barədə ətraflı məlumat vermiş, onun birinci oğlunun adının Türk olduğunu qeyd etmişdir (Bakıxanov, 1951, s. 31). Yafəsin şahlığının mərkəzi kimi Azərbaycan ərazisini göstərən xristian tarixçilərdən fərqli olaraq, müsəlman tarixçilər bu mərkəz kimi “Şərq ölkələri və Türküstsnın” adını qeyd etməkdədirlər. Bu baxımdan XlV əsrin böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddin və onun məşhur “Cami ət-Təvarix” əsəri də istisna deyildir: “Türk tarixçiləri və yüyrək dilli salnaməçilər bildirirlər ki, Nuh əleyhissəlam, – Allah ona rəhmət eləsin, – yer üzünün adamlar yaşayan hissəsini oğlanları arsında böləndə şərq ölkələrini, Türküstanı və ona yaxın yurdlarla birlikdə böyük oğlu Yafəsə verdi. Yafəs türklərin təbirincə Olcay xan ləqəbini aldı. O, səhrada yaşayırdı. Olcay xanın yaylağı və qışlağı Türküstan torpaqlarında idi: Yaz aylarını o, İnanc şəhərinin yaxınlığında olan Ortaq və Kurtaqda keçirir, qışlayanda isə yenə o tərəflərdə – Qaraqorum adı altında məşhur olan Qaraqumdakı Borsuk adlanan yerdə olurdu. Həmin yerdə iki şəhər vardı: Biri Talas, o biri Karı Sayram və bu sonuncu şəhərin qırx böyük qızıl qapısı vardı. İndi orada müsəlman türkl

ATO.AZ

About admin

Check Also

image-52

Türkmənistandan faktlar

Share this on WhatsAppBu türk ölkəsində insanlar yüksək tonla danışmırlar, Valideynlərə və yaşlılara hörmət edirlər, Duz-çörəyi müqəddəs …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *