Home / Gündəm / Liderlər telefonda danışdı
2c79fe71b595bb861adba8e772a42edf

Liderlər telefonda danışdı

Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

ATO.AZ-ın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, tərəflər “Normand formatı” çərçivəsində keçirilən məsləhətləşmələrin yekunlarını müzakirə ediblər.

“Söhbət zamanı 4 ölkənin (Ukrayna, Almaniya, Fransa və Rusiya) müşavirlər səviyyəsində keçirdiyi son məsləhətləşmələr müzakirə olunub. Minsk razılaşmalarına dair “yol xəritəsinin” tərtibində Ukrayna-Fransa-Almaniya üçlüyünün qarşılıqlı əlaqələri yüksək qiymətləndirilib. Növbəti telefon danışığının gələn həftə baş tutacağı planlaşdırılır. Söhbət zamanı “Normand” formatında növbəti sammitin keçirilmə perspektivləri müəyyən ediləcək”, məlumatda qeyd olunur.

ATO.AZ

About admin

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *