Home / Türk Dünyası / İrəvana Qarabağ mesajı, Türkiyəyə qarşı BÖYÜK OYUN… – GÜNÜN SİYASİ XÜLASƏSİ
ilhameliyev

İrəvana Qarabağ mesajı, Türkiyəyə qarşı BÖYÜK OYUN… – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Prezidenti İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra məqamlara toxunub. İraqın Mosul şəhərinin İŞİD-dən təmizlənməsi üçün keçirilən əməliyyat ikinci gününə daxil olub. Türkiyə Mosul əməliyyatı ilə bağlı mövqeyini növbəti dəfə bəyan etdi. Rusiya isə Suriyanın Hələb şəhərində hava əməliyyatlarını dayandırıb..

Prezident İlham Əliyev: “Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər”

Dövlət başçısının sözlərinə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür.

İlham Əliyev bildirib ki, Dağlıq Qarabaq əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür.

Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: “Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.

İlham Əliyevin sözlərinə görə, ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatı Qarabağ münaqişəsinin niyə həll olunmadığını bir daha göstərir.

“Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlaması diplomatik insidentdir”, – Azərbaycan prezidenti söyləyib.

Azərbaycan Prezidenti Rusiya silahının ən ciddi alıcılarından biri olduğunu bildirib.Onun sözlərinə görə, Rusiya ilə ümumi dəyəri 5 milyard dollar olan sazişlər imzalanıb və onların əksəriyyəti yerinə yetirilib.

Prezident qeyd edib ki, Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə qoşulmaq imkanlarını istisna etmək olmaz. “Biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni məni bu cür xarakterizə edərdim”.

Azərbaycan Prezidenti Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasında kənardan təxribatın olduğunu qeyd edib: “Bəzi qüvvələr Moskva ilə Ankaranın yaxınlaşmasını narahatlıqla müşahidə ediblər”.

64 ölkə cəbhədə: Dünya Müharibəsi başlandı?

Mosulun İŞİD-dən xilası üçün əməliyyatlar ikinci gününə daxil olub.

Əməliyyatın ilk 24 saatında 20-dən çox kənd və Mosulun cənub-şərqində yerləşən qədim Nimrud şəhəri İŞİD-dən azad olunub. Kürdlərin “Rudaw” kanalı ilkin mərhələdə 200 kvadrat kilometrlik ərazinin peşmərgənin nəzarətinə keçdiyini bildirib. Əməliyyatın ikinci günündə kürd gücləri hücumu dayandırıb. Peşmərgə güclərindən sonra İraq ordusu və xüsusi təyinatlıları da bugünkü əməliyyatı təxirə salıb.

Ekspertlər isə Mosul əməliyyatını dünya müharibəsi ilə müqayisə edirlər.

İraq xüsusi təyinatlıları, peşmərgə gücləri və ABŞ-ın rəhbərliyi altında 35 ölkənin qatıldığı əməliyyatda 30 min əsgər iştirak edir. Mosuldakı cəmi 4-5 min arası İŞİD üzvünün məhv edilməsi üçün Avropanın ən böyük təyyarə gəmisi olan “Charles de Gaulle” Cənubi Kipr sahillərinə gələrək lövbər atıb.

Bununla yanaşı, Mosulun 40 kilometr şərqindəki Hazır cəbhəsində yerləşən Zerdek Dağında çoxsaylı amerikalı əsgərlər var. ABŞ əsgərləri Mosula doğru hücuma keçib. Mosul ətrafını ağır toplarla atəşə tutublar. Həmçinin, pilotsuz təyyarələr də Mosulun üzərində uçuşurlar.

Ekspertlər hesab edirlər ki, əslində bu, böyük güclərin gələcəkdə bölgədə başlayacaq mübarizəsinin ilk mərhələsidir.

ATO.AZ

About admin

Check Also

image-52

Türkmənistandan faktlar

Share this on WhatsAppBu türk ölkəsində insanlar yüksək tonla danışmırlar, Valideynlərə və yaşlılara hörmət edirlər, Duz-çörəyi müqəddəs …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *