Home / Dahilər / İbrahimxelil Xan
14713548_350599455277251_3570087155245076368_n

İbrahimxelil Xan

Bir gün Qarabağ hakimi İbrahim xan öz dəstəsi ilə ovdan qayıdarkən yolda çobanlara rast gəlir. Çobanların yanındakı zorba bir itin boynundakı dəri bükmə və gözmuncuğu xanın nəzərini cəlb edir, atı saxlayır: «A bala, o itin boynundakı nədir? — Xan sağ olsun duadır, göz dəyməsin deyə yazdırdım.» İbrahim xan təəccüblənir, əhvalı dəyişir. Xanı başa düşməyən çoban iti tərifləyir. Xan: «Bəs duanı harada yazdırmısan? — «Şişə qalasında — çoban deyir. Bərk əsəbiləşən xan xilafı-şər iş görən dini ələ salan mollanı cəzalandırmaq məqsədilə çobanı iti ilə Şişəyə apartdırır. Axtarıb dua yazan mollanı tapırlar və xanın hüzuruna gətirirlər. İbrahim xan, qarşısında diz çökən mollaya qəzəblənir:
«Quran qənim olsun, nə cürətlə dinimizi ələ salıb, itə dua yazırsan? — Xan sağ olsun. Əgər siz buyuranlar doğru isə, boynum vurulsun. İtin boynundakı dua deyil, bir məzahdır, çobanla zarafat etmişəm. – Necə yəni məzadır? — Xan, qalalıların təbiətinə bələdsiniz. Kimsə çobanı öyrədir ki, belə pəncəli köpəyə dua yazdırmasan göz dəyər, tez ölər. Çoban da sürüsündən iki qoyun götürüb şəhərə gəlir, dua yazan axtarır. Onu müxtəlif yerlərə göndərirlər və mənə gəlib çatanda mən camaatın kələyini duyub dua əvəzinə bir məzah yazdım.» Xan itin boynundakı bükməni açdırır və saralmış kağızda yazılanları oxutdurur:
Gözüm düşdü ətinə,
Dua yazdım itinə.
Həmin sirri kim açsa
Bu çobanın …inə.
Xan gülümsəyir. Mollanın özünü sərbəst aparması, hazırcavablığı xoşuna gəlir və özünə mirzə götürür, saraya gətirir. Həmin molla məşhur şair Vaqif imiş.

About admin

Check Also

elçibeyy

Bu gün Türkmən bəyin doğum günüdür

Share this on WhatsApp Bu gün Azərbaycanın dövlət başçısı olmuş, Türk dünyasının başbuğlarından biriz ictimai …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *