Home / Türk Dünyası / TÜRKİYƏ İRAQLA BAĞLI QƏRARINI AÇIQLADI
14805464_321184748259251_948152262_n

TÜRKİYƏ İRAQLA BAĞLI QƏRARINI AÇIQLADI

Türkiyə Suriyadan sonra İraqın şimalında təhlükəsiz zona yaratmaq niyyətindədir. ATO.AZ  APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib. B.Yıldırım deyib ki, Türkiyə Şimal İraqda PKK terrorçularından təmizlənmiş təhlükəsiz zona yaradılmasını zəruri sayır: “PKK terrorçularından təmizlənmiş təhlükəsiz zona yaradılması məsələsində Şimali İraq Kürdüstan Muxtariyyəti ilə eyni fikirdəyik. Həm Türkiyə, həm də Şimali İraq Kürdüstan Muxtariyyəti üçün PKK ortaq təhdiddir”. Xatırladaq ki, hazırda PKK terror təşkilatının əsas bazası Şimali İraqdakı Qəndil dağında yerləşir. Şimali İraqın digər bölgələrində də PKK düşərgələri var və Türkiyə hərbi aviasiyası mütəmadi həmin bazaları bombalayır. Qeyd edək ki, hazırda Türkiyə ordusu Suriyada “Fərat qalxanı” əməliyyatı həyata keçirir. Əməliyyatın məqsədi müxalif Azad Suriya Ordusuna dəstək verməklə Suriyanın şimalında 5 min kv. km. ərazini əhatə edən, İŞİD və PKK-nın Suriya qolu PYD-dən təmizlənmiş təhlükəsiz zona yaradılmasıdır.

ATO.AZ

About admin

Check Also

elçibeyy

Mərhum Prezident Elçibəy FOTOLARDA

Share this on WhatsApp Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938 -ci ildə  Naxıvan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *