Home / Türk Dünyası / Ərdoğan “erməni soyqırımı” konsertinə dəvət olundu
1477203091_856866b40c51aecfed64a1cd573d411f

Ərdoğan “erməni soyqırımı” konsertinə dəvət olundu

Drezden simfonik orkestri “erməni soyqırımı”nı anma konsertinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəvət edib.

ATO.AZ  xəbər verir ki, bu haqda “T-online.de” informasiya portalı bildirib.

Konsert noyabrın 13-də Almaniyanın İstanbuldakı baş konsulluğunda keçiriləcək. Konsertə həmçinin Türkiyənin baş naziri Binəli Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu da dəvət olunub.

İnformasiya portalı qeyd edir ki, dəvətdə konsertin “türk və erməni keçmişindəki yaralara həsr ediləcəyi” bildirilir. Xüsusi halda, konsertdə Osmanlı imperiyasında “erməni soyqırımı” haqqında əsər ifa ediləcək.

Qeyd edək ki, Almaniya parlamenti iyunun 2-də “erməni soyqırımı”nı tanıyan qətnaməni bəyənib.

ATO.AZ

About admin

Check Also

tank-turkiye

Türk ordusuna əmr verildi: Ən yüksək səviyyə…

Share this on WhatsApp Türkiyə Silahlı Qüvvələrindən ordu qərargahlarına mümkün Afrin əməliyyatı üçün sərhəddə yerləşən …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *