Home / Türk Dünyası / İRANLI AYƏTULLAH TÜRKLƏR HAQQINDA :
14805570_324223061288753_743883079_n

İRANLI AYƏTULLAH TÜRKLƏR HAQQINDA :

İranın ali dini lideri ayətullah Xamneyinin Ərdəbil vilayəti üzrə təmsilçisi ayətullah Ameli dünyaca məşhur türk tarixçi İlbər Ortaylının da aralarında olduğu bir neçə türkiyəli jurnalisti qəbul edib. Milli.Az bu barədə sputnik-ə istinadən xəbər verir. 15 iyul Türkiyədəki çevriliş cəhdi haqqında danışan Ameli Fətullah Güləni yaxşı tanıdıqlarını deyərək, onun səbəb olduğu ehtimal olunan çevriliş cəhdini pisləyib. Tarixçi İlbər Ortaylının Şah İsmayıl və babasının türbəsini ziyarət etdiyini deməsi üzərinə ayətullah Ameli olduqca diqqətçəkən açıqlamalar verib. “Gecə-gündüz bərabər nə qədər ağlasaq, azdır. İki böyük türk sultanı və iki böyük türk dövləti avropalıların oyununa gəldi və bir-birləri ilə vuruşaraq güclərini itirdi. Halbuki, döyüşmək əvəzinə iki qardaş birləşsəydi, dünyaya ağalıq edərdilər”, – Ameli qeyd edib. Onun sözlərinə görə, Səfəvi Şah İsmayıl bu oyunu pozmaq üçün Osmanlı sultanı Yavuz Sultan Səlimə çoxlu sayda məktublar göndərib: “Həmin məktublar hələ də tarixi arxivlərimizdə durur. İsmayıl yazırdı ki, “biz qardaşıq, bu qədər ildir birlikdəyik, oyuna gəlməyin, vuruşmayaq, birləşək”. Şah İsmayıl müharibə yox, iki qardaş dövlətin birləşmiş bir mədəniyyət qurmasını istəyirdi. Amma təəssüf ki, Yavuz Sultan Səlim bu sülh çağırışlarını ciddi qəbul etmədi. Beləcə döyüş qaçılmaz oldu. Savaşdılar. Hamımıza heyif oldu. Halbuki Səfəvilərlə Osmanlılar birləşsəydi, böyük dövlət qurardılar və dünya tarixi bu gün belə olmazdı”. Öz növbəsində tarixçi İlbər Ortaylı ayətullah Ameli ilə söhbəti zamanı deyib ki, “İrandakı abidələrin bərpa işləri savadlı alimlər tərəfindən tarixi gerçəyə uyğun aparılır və bu da insanı heyran edir”

ATO.AZ

About admin

Check Also

turk-ordusu

Türkiyə ordusu Qətərə gedir – Şahin-20…

Share this on WhatsApp Qətərin ev sahibliyi altında “Şahin-20” hərbi təlimi Türkiyənin də iştirakı ilə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *