Home / Qarabağ / Qarabağ üçün “vahid paket”, hamı ölənə kimi vuruşmaq… – GÜNÜN SİYASİ XÜLASƏSİ
qarabag-1

Qarabağ üçün “vahid paket”, hamı ölənə kimi vuruşmaq… – GÜNÜN SİYASİ XÜLASƏSİ

Regiona səfəri başa çatdıran ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanda mətbuat konfransı keçiriblər. Konstitusiyanın orijinal nüsxəsinin itməsi Qırğızıstanda hakimiyyət böhranına səbəb olub. Oktyabrın 17-də başlanan Mosul əməliyyatına qatılan tərəflər arasında münasibətlər hər keçən gün gərginləşir və açıq qarşıdurma təhlükəsi artır.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə bütün məsələlər vahid paketdə müzakirə edilməlidir.

O, qeyd edib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasından söhbət gedirsə, buna paralel olaraq Qarabağın statusu da müzakirə olunmalıdır: “Tərəflər onlar üçün münasib olan elementləri götürə və müzakirə edə bilərlər. Bütün məsələlər müzakirəyə açıq olmalıdır”.

Uorlik qeyd edib ki, danışıqlar masasında bir neçə ideya var. “Biz bu ideyalar ətrafında danışıqlar apara bilərik. Biz prezidentlərin danışıqlar yolu ilə irəliləyişə nail olmaq üçün siyasi iradə göstərmələrini istəyirik”, – deyə o bildirib.

Onun sözlərinə görə, aprel döyüşləri sülh danışıqlarının böyük əhəmiyyətə malik olduğunu göstərir. Amerikalı həmsədr təmas xəttində müşahidə olunan stabilliyin prezidentlərin razılığının nəticəsi olduğunu bildirib. Uorlik münaqişənin həlli istiqamətində səylərini artırdıqlarını vurğulayıb: “İnanırıq ki, gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar. Azərbaycanda və Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşaması mənim arzumdur”.

Konstitusiya itdi, hökumət dağıldı – Atambayevin kabinetində nə baş verir?

Ötən həftə Qırğızıstan parlamentində referendum aktı ilə bağlı məsələ müzakirə olunarkən, bütün ölkə gözlənilməz hadisə ilə qarşılaşıb. Məlum olub ki, Qırğızıstan Konstitusiyasının orijinalı itib.

Referendum müzakirələri zamanı “Ata-Meken” Sosialist Partiyasının fraksiyasının üzvləri dövlət orqanlarının nümayəndələrinə orijinal konstitusiyanı nümayiş etdirməklə bağı müraciət ediblər. Hər şey bu müraciətdən sonra ortaya çıxıb. Məlum olub ki, konstitusiyanın orijinalı yoxdur. Ədliyyə Nazirliyində və Prezident Aparatında saxlanılan konstitusiya isə yalnız nüsxədir. Konstitusiyanın orijinalının itməsi isə ölkədə hakimiyyət böhranına səbəb olub.

ATO.AZ

About admin

Check Also

timthumb (1)

Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb

Share this on WhatsAppHərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən Azərbaycan əsgər Cəlilbəyli …

One comment

  1. Biz Azerbaycanlılar öz torpaqlarımızı istəyirik.25 ildir ki,erməni terroristləri Qarabağımızı zəbd etmiş və milliyonlarla qacqın və şəhidimiz vardı.Hec bir ölkə bu günə qədər Azerbaycana kömək etməmiş və əksinə erməni terroristlərinə destək də verənlər olmuşdu.Biz Azerbaycanlılar sülh sevər xalqıx.Biz sülhnən torpaqlarımızın geriyə qaytarılmasını istəyirik.Biz qan tökmək istəmirik .Əgər erməni terroristləri bizim Qarabağı qeyri şərtsiz geri qaytarmasa.Əks halda son damla qanımıza qədər döyüşməyə hazırıq.Biz Vətənimizin bütövlüyü uğrunda şəhid olmağa hər an hazırıx.Biz son nəfəsimizə qədər döyüşəcəyik.Biz öz torpaqlarımızı istəyirık .Verilməzsə zorla alacayıq.
    Yaşasın müstəqil Azerbaycanım.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *