Home / Türk Dünyası / Türk qızı
14581414_356118764725320_4694734681525637326_n

Türk qızı

1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005-ci ildən Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəridir.
Bitərəfdir.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Hindistan, İraq, Misir, Pakistan, Rumıniya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Yazıçılar Birliyinin, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, 10-dan artıq elmi və publisistik kitabın, yüzlərlə məqalənin müəllifidir. Eyni zamanda o, 20-ə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisidir.
Subaydır.

About admin

Check Also

haker_1

MOSSAD-ın saytını çökdürən türk hakerlərdən yeni həmlə

Share this on WhatsApp Türkiyəli hakerlər qrupu “Aslan Nəfərlər Tim” İsrail Mərkəzi Bankının saytına girişi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *