Home / Gündəm / Sərkisyan sözündən qaçır –Baş nazir olmaq iddiasındadır
sarkisyan

Sərkisyan sözündən qaçır –Baş nazir olmaq iddiasındadır

Vaqram Baqdasaryan: “Prezidentin bəyanatlarında dəyişiklik olmur, siyasi inkişaf isə hələ qabaqdadır”

Ermənistan mətbuatı Sərkisyanın hakimiyyətə baş nazir kimi yenidən qayıtmaq niyyətlərinin onun iki il bundan öncə söylədikləri ilə ziddiyət təşkil etdiyini bildirir.
“Rəsmi olaraq bəyan edirəm ki, mən Serj Sərkisyan, Ermənistan Respublikasının prezidenti vəzifəsinə daha namizəd olmayacağam. Əgər ölkə parlament idarəçiliyini seçsə baş nazir vəzifəsinə də iddia irəli sürməyəcəm. Həmçinin əmin olduğumu bildirirəm ki, heç bir şəxs Ermənistanın idarəçilik sükanı arxasında iki dəfədən artıq olmalı deyil”.
Lakin indi Serj Sərkisyanın fikirləri 180  dərəcə dəyişib. Ermənistan prezidenti artıq baş nazir kimi ölkə idarəçiliyinə yenidən qayıdacağını istisna etmir. O bunu Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə açıqca dilə gətirib.
Sərkisyan bunun üçün öncə rəhbərlik etdiyi Respublika partiyasının seçkilərdə yüksək nəticə almalı olduğunu söyləyib.
Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika partiyasının hökumət ortağı “Daşnaksütyun” Erməni İnqilabi Federasiyası da prezident Serj Sərkisyanın 2017-ci il parlament seçkilərndən sonra baş nazir postunu tutacağını istisna etməyib.
“Siyasətdə mənim yanaşma tərzim bundan ibarətdir ki, heç nəyi heç vaxt istisna emtək olmaz. Situasiyalar dəyişir, ona görə heç vaxt “heç vaxt” söyləməməlisən. Bu bütün siyasi xadimlər və güclərə də aiddir. Çünki hammız görürük ki, əvvəl bir söz deyirlər, sonra isə başqa şeylər baş verir”,- daşnakların parlament fraksiyasının rəhbəri Armen Rüstəmyan Azadlıq radiosunun Ermənistan bürosuna (“Azatutyun”) verdiyi müsahibədə bildirib.
Qəbul edilən konstitusiya dəyişikliklərinin, yəni ölkənin parlament üsul-idarəsinə keçməsinin ən qızğın tərəfdarlarından biri kimi tanınan Armen Rüstəmyanın fikrincə, əsas məsələ parlament seçkilərinin necə keçəcəyi ilə bağlıdır: “Əgər seçkilərin nəticələrinə hər hansı şübhə yaranmasa, o zaman Serj Sərkisyanın vəzifədə qalıb-qalmayacağı artıq öz əhəmiyyətini itirəcək”…
Армен Рустамян (архив)
“Elə edin ki, qalmasın, bunun üçün əlinizdə artıq imkan var. Başqalarını ittiham etmək də lazım deyil, yeni sistem hər kəsin üzərinə məsuliyyət qoyur”, – Rüstəmyan bildirib.
Serj Sərkisyanın baş nazir olaraq yenidən ölkə idarəçiliyini ələ keçirəcəyi ilə bağlı sualına da Rüstəmyan ikibaşlı cavab verib:
“Bizim konkret şəxslərlə problemimiz yoxdur. Bizim əsas vəzifəmiz normal, ədalətli sistemin qurulmasıdır. Biz seçki sistemini də dəyişdik və əminəm ki, Ermənistan tarixində bənzəri olmayan seçkilər keçiriləcək. Artıq hakimiyyəti qan yolu ilə deyil, seçkilərlə dəyişmək imkanı yaranıb. Serj Sərkisyana gəlincə, onun daha bu sistemdə olan səlahiyyətləri olmayacaq”…
Ermənistanın müxalifətdə olan “Erməni Milli Konqresi” isə Sərkisyanın yeni bəyanatına təəccüblənmədyini bildirib.
Ermənistan Milli Konqresinin rəhbəri Levon Zurabyanın fikrincə, Konstitusiyaya edilən dəyişikliklər onsuz da Sərkisyanın hakimiyyətdə qalmaq müddətinin uzadılması üçün həyata keçirilib.
“Biz lap əvvəldən demişik ki, bütün bunlara inanmaq olmaz və əsas niyyət hakimiyyətin yeni formada qurulmasıdır. Biz heç nəyə təəccüblənmirik, qoy Serj Sərkisyana dediklərinə inananlar təəccüblənsin”, – o qeyd edib.
Ermənistanın hakim Respublika partiyası isə 2017-ci il parlament seçkilərini gözləməyi məsləhət görüb. Hakim partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan hazırda “havada qalan” məsələ barəsində danışmağın doğru olmadığını söyləyib. Onun sözlərinə görə, əgər indidən baş nazir məsələsi müzakirə edilsə, bu, o demək olacaq ki, digər qüvvələr Respublika partiyasınının qəlib gələcəyini artıq qəbul edib.
“Azadlıq” radiosunun əməkdaşı Baqdasaryana Sərkisyanın baş nazir vəzifəsi tutmaq istəmədiyi barədə sözləri də xatırladıb.
“O sədəcə indidən danışmağın erkən olduğunu bildirmək istəyib. Mən prezidnetin tutmadığı bir sözü verdyini xatırlamıram”, – Baqdasaryan cavab verib.
Jurnalistin təkidlə “bu o deməkdir ki, Serj Sərkisyan baş nazir olmayacaq” sualına Respublika partiyasının fraskiya rəhbəri müəmmalı şəkiildə “mən sadəcə bu barədə danışmağın erkən olduğunu söyləyirəm”, – cavab verib.
Müxbirin prezidentin verdiyi sözləri tutmalı olduğu və öncədən baş nazirliyə iddialı olmadığını bəyan etdiyi barədə qeydinə isə Badqasaryan belə cavab verib: “Bu barədə cavab və şərhləri o verib və gələcəkdə verməkdə davam edəcək”.
Prezidentin siyasi inkişafdan asılı olaraq öz bəyanatlarını dəyişdirə biləcəyi barədə suala isə Baqasaryanın cavabı qeyri-müəyyən olub: “Prezidentin bəyanlarında dəyişiklik olmur, siyasi inkişaf isə irəliyə doğru gedir”.
ATO.AZ

About admin

Check Also

ege-de-yeni-gerilim-sahil-guvenlik-kayaliga-10760599_1494_m

Yunanlar türk adalarına BAYRAQ SANCDI: komandolar HƏRƏKƏTƏ KEÇDİ – DƏHŞƏTLİ MÜHARİBƏ

Share this on WhatsAppEgey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *