Home / Hadisə / Gizli faktlar üze çıxır
14938169_359445447725985_1647231549243273714_n

Gizli faktlar üze çıxır

Rusiya prezidenti Vladimr Putinin siyasi ideoloqu, keçmiş dövlət müşaviri professor Aleksandr Dugin 15 iyul – dövlət çevrilişinə cəhd zamanı Ankarada olduğunu açıqlayıb. ATO.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Duginin çevriliş gecəsi Ankaraya getməkdə məqsədi Türkiyəyə dəstək olmaqmış. Duginin sözlərinə görə, o həmin gecə bələdiyyə başçısı Melih Gökçek və çox sayda siyasətçi ilə görüşüb. Dünyada ABŞ kəşfiyyatının daha çox müdaxilə etdiyi hadisələrlə bağlı araşdırmalar aparan Dugin Türkiyənin həmin gecə ABŞ agenti hesab olunan FETO-cu teroristlərin zərbəsinə məruz qaldığını deyib. Dugin Rusiyaya aid olan hərbi təyyarənin vurulmasının ardından Türkiyədə iki qrupun sürətlə önə çıxdığını söyləyib. Birinci qrupun Türkiyə- Rusiyamünasibətlərinin yenidən normallaşdırımasını istəyən Atatürkçülər, ikinci qrupa isə bu yaxınlaşmanın önünə keçmək üçün hər şeyəəl atan amerikapərəst Gülən tərəftarları olduğunu söyləyib: “Qiyam günü Türk ordusunun strateji əhəmiyyətli yerlərində ABŞ agentlərinin hərəkətə keçdiyi qənaətinə gəldim. Gülən şəbəkəsi Ərdoğandan qurtulmaq üçün son şansını həmin gecə istifadə etdi. Bu hadisə təkcə Ərdoğanı devirmək üçün yox, həm də Türkiyənin NATO-dan çıxışını ləngitməyə hesablanmışdı. Ancaq Gülən şəbəkəsi də artıq başa düşür ki, Türkiyədə demokratik yolla seçilən hakimiyyət xalqın dəstəyini aldı”.

About admin

Check Also

image-3

Azərbaycan şəhərində qeyri-adi olay: Minlərlə cücə… – Video

Share this on WhatsApp Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda qeyri-adi hadisə baş verib. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *