Home / Gündəm / Aprel şəhidinin bacısından Mikayıl Cabbarova ürəkdağlayan MÜRACİƏT…
32238

Aprel şəhidinin bacısından Mikayıl Cabbarova ürəkdağlayan MÜRACİƏT…

“Mənə kömək əlinizi uzadın, Şəhid qardaşımın qoxusunu bu məktəbdə alaraq balalarımı böyüdüm”

 aprel şəhidimiz Məmmədov Murad Vaqif oğlu haqqında yazını oxuculara təqdim etmişdik.
Əməkdaşımız şəhid ailəsinin problemi ilə də maraqlanıb. Məlum olub ki, şəhidimizin müəllimə bacısı Məmmədova Zülfiyyə Vaqif qızı analıq məzuniyyətinə çıxdığı işlədiyi peşə ocağına yenidən qayıda bilmir. Biləsuvar rayonunda yaşayan şəhid bacısı məsələylə bağlı Biləsuvar rayon Təhsil Şöbəsinə müraciət etsə də, çox təəsüf ki, Təhsil Şöbəsi şəhidimizin bacısına yardımçı olmayıb:
“2007-ci ildə Sənaye Pedoqoji Texnikumunu bitirmişəm. Elə həmin ildən Biləsuvar rayonunda peşə təhsilli məktəbdə əmək müəlliməsi işləməyə başladım. 2010-cu ildə həmin məktəbdən analıq məzuniyyətinə çıxdım. Hal-hazırda iki övlad anasıyam. Böyük oğlum Uğurun 6, Elcanın isə 4 yaşı var. Nə qədər ki, qardaşım Məmmədov Murad şəhid olmamışdı, həmişə bizə maddi köməklik göstərirdi. Murad şəhid olandan sonra maddi vəziyyətimiz yaxşı olmadığı üçün Biləsuvar rayon Təhsil Şöbəsinə müraciət edərək analıq məzuniyyətindən sonra məktəbə qayıtmaq istədiyimi bildirdim. Amma çox təəsüf ki, Biləsuvar rayon Təhsil Şöbəsi mənə məktəbdə işə başlamam üçün köməklik etmədi.
Maddi vəziyyətimiz çox pisdi. Nə mən, nə də həyat yoldaşım işləyir. Sizin vasitəniz ilə Təhsil Naziri cənab Mikayıl Cabbarova müraciət edirəm. Xahiş edirəm ki, mənə ya işlədiyim peşə təhsilli məktəbdə, ya da şəhid qardaşım Murad Məmmədovun bitirdiyi Biləsuvar rayon 4 saylı orta məktəbində işə düzəlməyim üçün köməklik göstərsinlər. Mənə bir şəhid bacısı kimi kömək əlinizi uzadın. Şəhid qardaşım Murad Məmmədovun qoxusunu bu məktəbdə alaraq balalarımı böyüdüm”.
Hörmətlə; Məmmədova Zülfiyyə Vaqif qızı 
ATO.AZ

About admin

Check Also

31218570_575967129427298_228850954340925440_n

Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu

Share this on WhatsAppYerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb. Ato.az  xəbər verir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *