Home / Gündəm / İndiyədək bəşəriyyətə məlum olmayan maddə aşkarlandı
timthumb-1

İndiyədək bəşəriyyətə məlum olmayan maddə aşkarlandı

Böyük Britaniya fizikləri tədqiqatlar nəticəsində müəyyən ediblər ki, suyun təbiətdə maye, bərk və buxar halından başqa digər aqreqat halı da mövcuddur.
ATO.AZ  xarici mətbuata istinadla xəbər verir ki, fizik Laur Maestronun ekspertlər qrupu ilə birlikdə apardığı tədqiqatın nəticələrinə görə, 40-60 dərəcə temperaturda suyun unikal bir xassəsi meydana çıxır. Bu, onu adi maye formasından ciddi surətdə fərqləndirir. Məhz həmin diapazonda olan temperaturda suyun xassələrinin sayı dəyişir. 50 dərəcədə aldığı yeni aralıq formasında su özünün sınma əmsalının dəyişir. 53 dərəcədə suyun elektrikkeçirmə əmsalı, 64 dərəcədə isə istilikkeçirmə əmsalı dəyişir. Məhz bu dəyişiklik fiziklərə imkan verib ki, həmin dəyişikliyin baş vermə anını suyun daha bir aqreqat halı kimi qiymətləndirsin. Mütəxəssislərin qeydinə görə, onilliklər ərzində Yer planetinin üçdə birini örtən suyun aqreqat hallarına birinin də əlavə olunması yenilikdir. Su hələ Yer kürəsində elmə məlum olmayan çox sayda xassələrini göstərəcək.

About admin

Check Also

31218570_575967129427298_228850954340925440_n

Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu

Share this on WhatsAppYerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb. Ato.az  xəbər verir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *