Home / Gündəm / Qərbi məhv edəcək YEDDİ ADAM, Sarkisyandan məğlubiyyət etirafı…
muharibe_2

Qərbi məhv edəcək YEDDİ ADAM, Sarkisyandan məğlubiyyət etirafı…

Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb və münaqişənin həlli yolunu növbəti dəfə göstərib. Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı və İrəvan arasında “qaynar xətt”in yaradılmasını təklif edib. Rusiya Suriyada müxalifət güclərinə qarşı hava əməliyyatlarını yeniləyib. Avropada ifrat sağçıların mövqeləri möhkəmlənir. ABŞ İrana qarşı sanksiyaların müddətini daha 10 il uzadıb.

İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir”

Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: “Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli pinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir”.

Dövlət başçısı Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirib: “SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizlənmə aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələbləri vecinə almır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır. Bir çox halda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir, bəzi qətnamələrin icrası isə illərlə çəkir”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək. Nazir noyabrın 17-də fransalı həmkarı Jan-Mark Eyrol ilə görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Bakı ilə İrəvan arasında “qaynar xətt”: YENİ TƏKLİF

Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı və İrəvan arasında “qaynar xətt”in yaradılmasını təklif edib.

S.Sarkisyan “Rusiya bu gün” agentliyinin rəhbəri Dmitri Kiselyova müsahibəsində deyib ki, “qaynar xətt” yaradılarsa, hadisələrə operativ reaksiya vermək mümkün olar.

“1990-cı illərdə belə bir təşəbbüs olub. O zaman mən müdafiə naziri idim və Azərbaycan müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olanda, biz bunu edə bilirdik. Lakin bu gün elə bir əlaqə yoxdur”, – deyə o, bildirib.

“Azərbaycan Ordusunun Qarabağda önü açılıb” – SARKİSYANDAN ETİRAFLAR

“Azərbaycan Ordusu sadəcə piyada qoşunla və sadə avtomatla Qarabağa daxil olub istədiyinə nail ola bilər”.

Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib. Onun sözlərinə görə, Azərbaycan ərazilərin qaytarılması üçün müharibə variantından heç vaxt imtina etməyib.

ATO.AZ

About admin

Check Also

mslman_ermnilr_dekabrn_11-i_n_1

3-cü və 4-cü erməni respublikasının yaradılması… – Şok plan/Foto

Share this on WhatsApp …Gürcüstandakı Rusiya Tədqiqatları İnstitutunun materiallarına əsasən, separatçı abxazlar və Gürcüstan hökuməti …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *