Home / Gündəm / “Təhdidlər Azərbaycanla Türkiyənin də vahid ordu yaratmasını labüd edir”
44231

“Təhdidlər Azərbaycanla Türkiyənin də vahid ordu yaratmasını labüd edir”

Ermənistan prezidenti Serj Sərkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış etməsi, özünün konstruktiv mövqe sərgiləməsi kimi təqdim etməkdən ibarətdir.
Hazırda Ermənistanın güzəştsiz mövqeyi nəticəsində danışıqlar prosesi dayanıb. Azərbaycanın son günlər hərbi təlimləri,Lələtəpədən verilən mesajlar Ermənistan rəhbərliyini narahat etməkdədir.Ermənistanın Rusiya ilə birgə ordu yaratması və yeni silahların ötürülməsi fonunda Ermənistandan verilən açıqlamalardan aydın olur ki, münaqişənin həllində gələcək aylarda müsbət irəliləyişlər gözlənilmir və Ermənistan rəhbərliyi danışıqlara hazır deyil.
Bu il Ermənistanın  Qarabağ cəbhəsində ağır məğlubiyyətə düçar olması nəticələnməsi, regionun geosiyasi sferasının dəyişməsi ilə nəticələnəcəkdi. Təəssüf ki, Rusiyanın aldadıcı manevrləri və “diplomatik fəaliyyəti” nəticəsində münaqişə dalana dirəndi. Və regionda növbəti silahlı münaqişənin baş vermə riski ilə artmaqdadır. Hazırda Ermənistanı Aprel sindiromu vəziyyətindən xilas etmək üçün Rusiyanın dəstəyi, Ermənistanı son aylarda cəbhədə təxribatlara əl atması ilə nəticələnməkdədir. Cənubi Qafqazda və yaxın regionda gedən geosiyasi vəziyyət, birgə təhdidlərə qarşı mübarizədə Azərbaycanın da analoji olaraq, Türkiyə ilə birgə ordu yaratmasını labüd edir.Türkiyə ilə birgə yaradılan ordu,silahlı qüvvələrimizin NATO standartlarına uyğun komplektləşdirilməsində və güclənməsində, həmçinin Rusiya və Ermənistan birgə ordusuna cavabı olmalıdır.

About admin

Check Also

ermeni

Ermənistan yenidən küçələrə axışır

Share this on WhatsAppOnlarla fəal Ermənistanın Baş Prokurorluğunun və Kassasiya Məhkəməsinin qarşısına yığışaraq baş prokuror …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *