Home / Gündəm / Sarkisyan: “Azərbaycan dilində danışa bilirəm”
106103

Sarkisyan: “Azərbaycan dilində danışa bilirəm”

Ermənistan prezidenti Serj Sarkisyan “Rossiya Seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsi zamanı maraqlı məqama toxunub.  Müsahibə zamanı Bakı ilə Yerevan arasında “qaynar xətt”in yaradılmasından danışan Serj Sarkisyan Azərbaycan dilini bildiyini də xatırlayıb.
“Bəli, mən Azərbaycan dilində danışıram. Amma bu dildə danışanları anlamağım danışmağımdan daha yaxşıdır”-deyə o deyib.
Xatırladaq ki, Serj Sarkisyan 1954-cü il iyunun 30-da Azərbaycanın Xankəndi şəhərində anadan olub.
1989-cu ildən 1993-cü ilə kimi Dağlıq Qarabağdakı separatçı rejimin özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1995-1996-cı illərdə əvvəlcə dövlət təhlükəsizliyi departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub.
2000-2007-ci illər arasında yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən isə Ermənistan Respublikasının prezidentidir.
Sarkisyanın arvadı Rita Sarkisyan da qarabağlıdır. Erməni prezidentin Anuş və Satenik adlı iki qızı var. Böyük qızı Anuş Sarkisyan ixtisasca hüquqşünasdır və Ermənistanın Vatikandakı səfiri Mikayıl Minansyanla evlidir. Ermənistan prezidentinin kiçik qızı Satenik Sarkisyan isə ixtisasça iqtisadçıdır. O, anası Rita Sarkisyanın qohumu və Ermənistanın Konstitusiya məhkəməsinin sədri Qalik Arutunyanla
ATO.AZ

About admin

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *