Home / Gündəm / Əsəd əsgərləri Türkmən dağı üzərinə hücuma keçdi – Gərgin döyüşlər gedir
1048

Əsəd əsgərləri Türkmən dağı üzərinə hücuma keçdi – Gərgin döyüşlər gedir

Suriya ordusunun əsgərləri  Suriyanın  Lazkiyə şəhərinin  şimalında yerləşən  Türkmən dağı  bölgəsində müxaliflərə aid mövqelərə qarşı hücuma keçib.
Günün ilk yarısından başlayan  hücumun ilk anlarında rejimə məxsus  topçu batareyaları  Sarraf , Ayn İsa, Kələz kəndləri ilə cəbhə xəttinin arxasında yerləşən Yamadı və Sallur kəndlərini intensiv atəşə tutub.
Sarraf bölgəsində müxaliflər tərəfindən yerləşdirilmiş minaların partlaması nəticəsində ən azı 8 Əsəd əsgəri ölüb.  Tuffahiyədə isə müxaliflərin qarşılıq verməsi nəticəsində 10 rejim əsgərinin öldürüldüyü qeyd edilir.
Hazırda bölgədə ciddi qarşıdurma baş verdiyi bildirilir. Rejim əsgərlərinə qarşı türkmən qrupların, Feylakuş Şam, Ahraruş Şam və Sahil Diviziyası müxalif qruplaşmalarının vuruşduğu qeyd edilir.

About admin

Check Also

187362

Müsəlmanların Ruhani İdarəsinin lideri xristian ikonasını öpdü – GÖZLƏNİLMƏZ…

Share this on WhatsAppRusiya Müsəlmanları Ruhani İdarəsinin başçısı Talqat Tadjuddin sosial şəbələkərdə ciddi tənqidə məruz …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *