Home / Gündəm / “Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir”
107476

“Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir”

“Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir”.
ATO.AZ -ın xəbərinə görə, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.
“Doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil. Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir”-deyə deputat bildirib.
Zahid Oruc deyib ki, Azərbaycan Xocalı qatilləri olan erməniləri bağışlamayacaq: “Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq”.

About admin

Check Also

ombudsman_gif

Məktəblərdə uşaqları buna MƏCBUR EDİRLƏR – Elmira Süleymanova

Share this on WhatsApp“Pulsuz verilən dərmanların siyahısına yenidən baxılmalıdır”. Ato.az bildirir ki, bu sözləri Ombudsman …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *