Home / Gündəm / ABŞ mətbuatı Azərbaycandan yazdı
hill_qezeti_1

ABŞ mətbuatı Azərbaycandan yazdı

ABŞ-ın nüfuzlu “The Hill” qəzetində Azərbaycan haqqında məqalə dərc olunub.

ATO.AZ  Azərtac-a istinadən xəbər verir ki, məqalənin əvvəlində Azərbaycanın coğrafi mövqeyi, zəngin enerji resursları barədə məlumat verilir.

Yazıda Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında oynadıqları rol barədə ətraflı söhbət açılır. Qadınların parlamentdə geniş təmsil olunduqları diqqətə çatdırılır. Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə BMT komitəsinin hazırladığı hesabatda da bunun öz əksini tapdığı vurğulanır.

Müəllif Azərbaycanda qadınların sahibkarlıq fəaliyyəti ilə də məşğul olduğu, təhsil sahəsində aparıcı mövqe tutduğu barədə məlumat verir. Yerli icra hakimiyyətlərinin böyük əksəriyyətində başçıların müavinlərinin qadınlar olduğu bildirilir.

Məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, onun təşəbbüsü ilə həyata keçirilən mədəniyyət layihələri, müxtəlif xeyriyyə tədbirləri barədə də məlumat verilir.

About admin

Check Also

ilham-erdogan-qardas

Əliyev Ərdoğanla görüşə gedir: Qarabağla bağlı mühüm məqam

Share this on WhatsApp Prezident İlham Əliyevin Türkiyəyə budəfəki səfərində ikitərəfli əlaqələrin bütün sahələrinə toxunulacaq …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *