Home / Gündəm / Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
ateshkes4

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub.

Müdafiə Nazirliyindən ATO.AZ-a verilən məlumata görə, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qaymaqlı kəndində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

About admin

Check Also

foto-uz-duqin

Kremlin ideoloqundan ermənilərə GÖZLƏNİLMƏZ CAVAB: “Əraziləri qaytarın, İlham Əliyev sizə…”

Share this on WhatsApp“Nikol Paşinyan hakimiyyətə gələn kimi Dağlıq Qarabağ münaqişəsinin həll planını – ilkin …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *