Home / Gündəm / NATO-dan Moskvaya XƏBƏRDARLIQ: “Müharibə istəmirik, amma…”
nato

NATO-dan Moskvaya XƏBƏRDARLIQ: “Müharibə istəmirik, amma…”

“NATO Baltikyanı regionda Rusiya ilə qarşıdurmaya istəmir və buna cəhd etmir”.

ATO.AZ  “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Şimali Atlantika İttifaqının (NATO) baş katibi Yens Stoltenberq deyib.

“Rusiyanın neçə illər ərzində Baltikya ölkələri regionunda silahlı qüvvələri yerləşdirməsi bizi mütənasib müdafiə hərəkətlərinə itələyir. Biz qarşıdurma istəmirik, amma reaksiya verməliyik. Rusiya inadla Ukraynada öz silahlı qüvvələrini toplayır”, – deyə ittifaqın rəhbəri Brüsseldə keçirilən Ukrayna-NATO komissiyasının iclası zamanı jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, NATO iyulda keçirdiyi Varşava sammitində Şərqi Avropada hərbi kontingentin yerləşdirilməsi barədə qərar qəbul edib. Qərara görə, Polşa və Baltikyanı ölkələrdə 2017-ci ildə dörd çoxmillətli batalyon yerləşdirəcək. Bundan başqa, NATO-nun Qara dəniz regionunda gücləndirilməsi haqqında müzakirələr aparılır. İttifaq bunu Rusiya tərəfindən olan təhdidlə izah edir.

Moskva dəfələrlə bildirib ki, Rusiya heç vaxt hər hansı NATO ölkəsi ilə vuruşmayacaq, amma öz sərhədlərində NATO-nun güclənməsini cavabsız qoymayacaq.

 

About admin

Check Also

peyk

Azərbaycanın kosmosa 3-cü həmləsi

Share this on WhatsApp Azərbaycanın sayca üçüncü peyki olan “Azərspace-2” may ayının 25-də orbitə göndəriləcək. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *