Home / Gündəm / Suriyada iki türk əsgəri həlak olub
15403099_1208789119167682_1464726225_n

Suriyada iki türk əsgəri həlak olub

Suriyanın Əl-Bab bölgəsində türk əsgərlərinə hücum edilib, ölənlər və yaralananlar var.
ATO.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, İŞİD terrorçuları bomba yüklənmiş avtomobillə Türkiyə Silahlı Qüvvələrinin kommando taborunun yerləşdiyi məntəqəyə hücum edib.
Partlayış və daha sonra başlayan atışmalarda 2 türk əsgəri həlak olub, 12-si yaralanıb. Azad Suriya Ordusu əsgərləri arasında da yaralılar var. Yaralılar Türkiyənin Qaziantep şəhərinə aparılıb.
Qeyd edək ki, Türkiyə 106 gündür Suriya ərazisində “Fərat qalxanı” adı verilən hərbi əməliyyat həyata keçirir.

About admin

Check Also

ilham-erdogan-qardas

Əliyev Ərdoğanla görüşə gedir: Qarabağla bağlı mühüm məqam

Share this on WhatsApp Prezident İlham Əliyevin Türkiyəyə budəfəki səfərində ikitərəfli əlaqələrin bütün sahələrinə toxunulacaq …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *