Home / Gündəm / Armen Virabyan: Mən Yerevandakı cəhənnəmdən qaçdım
%d0%b1%d0%b5%d0%b7%d1%8b%d0%bc%d1%8f%d0%bd%d0%bd%d1%8b%d0%b9

Armen Virabyan: Mən Yerevandakı cəhənnəmdən qaçdım

Daha bir erməni fəal Bakı platformasına qoşuldu.

Vahe Avetyan, Süzan CaginyanVahan Martirosyandan sonra Yerevandan olan daha bir fəal – Armen Virabyan erməni-Azərbaycan sülhməramlı Bakı platformasını dəstəklədiyini bildirdi.

Armen Virabyan etirazçı “Elektromaydan”ın ön sıralarında və Ermənistan müxalifətinin lideri, prezidentliyə namizəd Raffi Ovanisyanın etimad etdiyi şəxs olub. Lakin o, Serj Sarkisyanın hərbi xuntasının repressiya maşınının qurbanına çevrilib və Almaniyaya qaçmağa məcbur olub.

Yaxın günlərdə Virabyan sülhməramlı Bakı platformasını imzalayacaq və beləliklə, münaqişənin sülh yolu ilə tənzimlənməsini dəstəkləyən dördüncü Ermənistan fəalı olacaq.

ATO.AZ  xəbər verir ki, Virtual Azərbaycana müsahibəsində Armen Virabyan bildirib ki, 1985-ci ildə anadan olub, Yerevandakı Maliyyə-İqtisad İnstitutunu bitirib, bir neçə QHT-də çalışıb. Daha sonra İsveçdə və Almaniyada iqtisadi və siyasi təhsil alıb, Yerevana qayıtdıqdan sonra oradakı Amerika universitetində oxuyub. İngilis, rus, İsveç və alman dillərini bilir.

Bakı platformasından danışarkən, Armen Virabyan deyib: “Bu, gözəl və hətta bir qədər gecikmiş təşəbbüsdür. Aydın məsələdir ki, onu dəstəkləyirəm. Arzum budur ki, gələcəkdə Ermənistan, Azərbaycan və Gürcüstan İsveçrə kimi bir konfederasiyada yaşasınlar”.

“Düşünmürsünüz ki, Ermənistan Ağdamı, Zəngilanı və Azərbaycanın digər işğal olunmuş ərazilərini qaytarmalıdır?” sualına erməni fəal belə cavab verib: “Əvvəlcə biz Ermənistanın özünü işğaldan azad etməliyik. Sonra isə məmnuniyyətlə Ağdam haqqında danışmaq olar”.

About admin

Check Also

idriss

Dilçilik İnstitutunun şöbə müdiri yeni orfoqrafiya təkliflərini YIXIB-SÜRÜDÜ – MÜSAHİBƏ

Share this on WhatsAppSon günlər orfoqrafiya qaydalarına təklif edilən dəyişikliklər cəmiyyətin əsas müzakirə mövzusudur. Orfoqrafiya …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *