Home / Gündəm / Erməni silahlı bölmələri atəşkəsi 54 dəfə pozub
ateskes_06

Erməni silahlı bölmələri atəşkəsi 54 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 54 dəfə pozub.
ATO.AZ bildiri ki, Bu barədə Moderator.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex və Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Kəngərli, Baş Qərvənd, Mərzili, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

About admin

Check Also

ombudsman_gif

Məktəblərdə uşaqları buna MƏCBUR EDİRLƏR – Elmira Süleymanova

Share this on WhatsApp“Pulsuz verilən dərmanların siyahısına yenidən baxılmalıdır”. Ato.az bildirir ki, bu sözləri Ombudsman …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *