Home / Gündəm / Kilsədəki terrorun məsuliyyətini İŞİD üzərinə götürdü
publika-az1463689606106_isid_ve_nusra_uyesine_idam_cezasi_1463657505_783

Kilsədəki terrorun məsuliyyətini İŞİD üzərinə götürdü

İŞİD terror qruplaşması Misirin paytaxtı Qahirə şəhərindəki kilsədə baş vermiş dəhşətli terror aktına görə məsuliyyəti üzərinə götürüb.

ATO.AZ  xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd edək ki, hadisə bazar günü, paytaxtda, Abbasidəki kilsədə qeydə alınıb. Terror aktı zamanı 25 nəfər ölüb, 49 nəfər yaralanıb.

Misirin prezidenti Əbdül Fəttah əs-Sisi matəm mərasimində bildirib ki, hadisəni gənc terrorçu törədib. Faktla bağlı 4 nəfər – 3 kişi və 1 qadın saxlanılıb. Onlar terror aktına hazırlıq planını həyata keçirməkdə, kamikadzeyə təlim keçməkdə, terror aktının yerini seçməkdə, habelə terrorçunu sığınacaqla təmin etməkdə şübhəli bilinirlər.

About admin

Check Also

peyk

Azərbaycanın kosmosa 3-cü həmləsi

Share this on WhatsApp Azərbaycanın sayca üçüncü peyki olan “Azərspace-2” may ayının 25-də orbitə göndəriləcək. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *