Home / Gündəm / `Qara bağ` filmi Qırğızıstanda nümayiş olunub
qara-bag

`Qara bağ` filmi Qırğızıstanda nümayiş olunub

“Qara bağ” bədii filmi 6-cı “Qırğızıstan – Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından ATO.AZ  -a verilən məlumata görə, festival 12-15 dekabr tarixlərində Bişkek şəhərində keçirilib. Festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev iştirak edib.

Film S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) məzunu olan Amil Məmiyevin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan diplom işidir.

“Qara bağ” qısametrajlı bədii filmi “40-cı paraleldə” kinoalmanaxına daxildir. Filmin quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırır.

About admin

Check Also

31218570_575967129427298_228850954340925440_n

Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu

Share this on WhatsAppYerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb. Ato.az  xəbər verir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *