Home / Gündəm / Türkiyə 2,7 milyon Suriya qaçqınını qəbul edib
bejentzi

Türkiyə 2,7 milyon Suriya qaçqınını qəbul edib

Türkiyə 2,7 milyon suriyalıya sığınacaq verib. Bu, daxili münaqişə səbəbindən evlərini tərk etmiş ölkə vətəndaşlarının yarıdan çoxunu təşkil edir.

ATO.AZ  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirlər Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar olaraq Türkiyənin Avropa Birliyi işləri üzrə əsas elçisi Ömər Çelikin müraciətində yer alıb.

Müraciətdə həmçinin bildirilir ki, milyonlarla suriyalıdan başqa, son illər ərzində münaqişələrə görə milyonlarla İraq, Yəmən və Liviya vətəndaşı öz ölkələrini tərk etməyə məcbur edilib.

“Bu, İkinci Dünya Müharibəsi vaxtlarından əhalinin ən böyük məcburi yerdəyişməsidir”, – deyə sənəddə qeyd edilir. Bununla yanaşı, vurğulanır ki, Türkiyə xalqı qaçqınlara misli görünməmiş qonaqpərvərlik nümayiş etdirib.

“Türkiyə miqrasiya böhranının təsirini azaltmaq üçün mümkün olan hər şey etməyə davam edir və edəcək. Bununla belə, qaçqınlara görə məsuliyyət yükünü əsasən Türkiyə olmaqla, cəmi bir neçə ölkə daşıyır. Dünya ölkələri və beynəlxalq təşkilatlar bu məsələdə birlikdə hərəkət etməlidir” – deyə sənəddə vurğulanır

About admin

Check Also

26733534_190462805033246_8401784531917337062_n

20 Yanvar faciəsindən 28 il ötür

Share this on WhatsAppAzərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 28 il keçir. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *