Home / Bilirsinizmi? / Azərbaycanın Xocalı rayonu
img-20161222-wa0005

Azərbaycanın Xocalı rayonu

Azərbaycanın Xocalı rayonunda şəhərdir. Əhalisi 24.417 nəfərdir. Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. Xocalı qəbiristanlığında son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilib. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirib. Xocalı rayonunda 1 tibb müəssisəsi, 54 mədəniyyət ocağı fəaliyyət göstərib. Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılıb. Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. 26 fevral 1992-ci ildə Xocalı şəhərində ermənilər əsrin soyqırımını törədiblər. Hazırda Ermənistanın işğalı altındadır.

About admin

Check Also

mudafie nazirliyi7

Erməni hərbçini biz vurmamışıq – Müdafiə Nazirliyi açıqlama yaydı

Share this on WhatsAppAzərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *