Home / Gündəm / Erməni silahlıları minaatanları işə salıb
minamet

Erməni silahlıları minaatanları işə salıb

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub.

ATO.AZ bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Fərəhli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

About admin

Check Also

196405

Qənirə Paşayeva Hatay vilayətində Azərbaycan küçəsi və Qarabağ parkının açılışında

Share this on WhatsAppTürkiyənin Hatay vilayətinin Belen bələdiyyəsi bölgəsində Qarabağ parkı və Azərbaycan küçəsinin açılış …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *