Home / Gündəm / “İldırım” zenit-raket komplekslərindən döyüş atışları yerinə yetirilib
hhq2

“İldırım” zenit-raket komplekslərindən döyüş atışları yerinə yetirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi hərbi qüvvələrin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib.

Döyüş şəraitinə maksimal yaxın vəziyyətdə həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin hazırlığı, praktiki bacarığı və döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.

ATO.AZ xeber verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətində Oxu.Az-a verilən məlumata görə, qəfil yoxlama çərçivəsində silahlanmada olan “İldırım” zenit-raket komplekslərinin də hazırlıq vəziyyətinə gətirilməsi və döyüş atışları icra edilib.

Praktiki atışlar zamanı şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində qanadlı raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən hədəflərin aşkarlanması və avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və hədəfin effektiv məhv edilməsi tapşırıqları uğurla həyata keçirilib. Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında yoxlamalar davam edir.

About admin

Check Also

mslman_ermnilr_dekabrn_11-i_n_1

3-cü və 4-cü erməni respublikasının yaradılması… – Şok plan/Foto

Share this on WhatsApp …Gürcüstandakı Rusiya Tədqiqatları İnstitutunun materiallarına əsasən, separatçı abxazlar və Gürcüstan hökuməti …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *