Home / Gündəm / Təyyarəni qaçıran terrorçular sığınacaq istədi – VİDEO (YENİLƏNİB)
f-wwck-afriqiyah-airways-airbus-a330-302_planespottersnet_481839

Təyyarəni qaçıran terrorçular sığınacaq istədi – VİDEO (YENİLƏNİB)

Liviya təyyarəsini qaçıranlar Malta hökumətindən siyasi sığınacağın verilməsini xahiş edib.

***

Son məlumatlara görə, 111 sərnişindən 109-u təyyarəni tərk edib.

ATO.AZ -ın xəbərinə görə, təyyarəni tutanlar Qəddafinin tərəfdarlarının partiyasını yaratmağı tələb edirdilər.

***

Maltanın baş naziri Cozef Muskat “Twitter”dəki rəsmi hesabında təyyarədən 65 sərnişinin azad edildiyini yazıb.

***

Təyyarəni qaçıran şəxslər təslim olmağa və sərnişinləri buraxmağa razılaşıblar. “Reuters” agentliyinin məlumatına görə, təyyarəni qaçıran şəxslər ilk olaraq qadınları və uşaqları buraxıblar. Son məlumatlara görə, 25 nəfərlik sərnişin qrupu azad edilib. Hazırda 25 nəfərlik ikinci qrup təyyarədən buraxılır.

***

Liviya təyyarəsini qaçıran şəxslər Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın həbsxanadan azad edilməsini tələb ediblər.

***

Təyyarədə 82 kişi, 28 qadın və bir uşaq olmaqla 111 sərnişin və 7 ekipaj üzvünün olduğu açıqlanıb.

***

Liviyanın “Afriqiyah Airways” hava yolları şirkətinə məxsus A320 təyyarəsini qaçıran iki silahlının Müəmmar Qəddafinin tərəfdarları olduğu ehtimal edilir.

ATO.AZ  xəbər verir ki, bu iddia ilə Malta mediası çıxış edib.

Lakin hələ ki, silahlıların tələblərinin nə olduğu bilinmir.

Təyyarəni qaçıranların birində əl bombası var. Bu iddia ilə İngiltərənin “Daily Mail” qəzeti çıxış edib.

İddialara görə, silahlılar təyyarədəki sərnişinləri vuracaqlarını, personalı isə girov saxlayacaqlarını açıqlayıb.

***

İki silahlı Liviya təyyarəsini qaçırıb.

ATO.AZ  xarici mediaya istinadən xəbər verir ki, 118 sərnişini olan təyyarə Maltaya endirilib.

Silahlılar onu partlatmaqla təhdid edirlər.

A320 təyyarəsi Liviyanın “Afriqiyah Airways” hava yolları şirkətinə məxsusdur. Məlumata görə, təyyarə daxili reysi həyata keçirirdi.

Qaçırılan təyyarə Maltanın Luqa hava limanına enib. Silahlıların tələbləri barədə hələ məlumat yoxdur.

Maltanın baş naziri Cozef Muskat “Twitter”dəki rəsmi hesabında bildirib ki, təyyarənin qaçırılması ilə əlaqədar Liviya tərəfini məlumatlandırıb. Baş nazir təhlükəsizlik gücləri və tibbi xidmətin hazır vəziyyətdə gözlədiyini bildirib.

About admin

Check Also

mudafie nazirliyi7

Erməni hərbçini biz vurmamışıq – Müdafiə Nazirliyi açıqlama yaydı

Share this on WhatsAppAzərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *