Home / Gündəm / Zakir Həsənov cəbhə bölgəsində – FOTO
acilis2

Zakir Həsənov cəbhə bölgəsində – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, yeni tikilən növbəti hərbi kompleksin açılışı olub.

ATO.AZ -ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi şəhərciyin ərazisindəki qərargah, döyüş texnikası saxlancları, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq əldə edilən uğurlardan danışıb, döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.

About admin

Check Also

mslman_ermnilr_dekabrn_11-i_n_1

3-cü və 4-cü erməni respublikasının yaradılması… – Şok plan/Foto

Share this on WhatsApp …Gürcüstandakı Rusiya Tədqiqatları İnstitutunun materiallarına əsasən, separatçı abxazlar və Gürcüstan hökuməti …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *