Home / Gündəm / Fransada yüksək səviyyəli terror təhlükəsi elan olunub
france_police_woman_080115

Fransada yüksək səviyyəli terror təhlükəsi elan olunub

Fransada terror təhlükəsinin səviyyəsi yüksək olaraq qalır.

ATO.AZ- in RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu barədə Fransa polisinin rəhbəri Jan-Mark Falkon deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Berlində baş vermiş hücum bu təhlükənin real olduğunu təsdiq edir.

Fransa polisinin rəhbəri Milad və Yeni il bayramlarında lazımi səviyyədə təhlükəsizlik tədbirlərinin qəbul olunacağını bəyan edib.

Qeyd edək ki, dekabr ayının ortalarında Fransa parlamenti ölkədə ötən il tətbiq olunmuş fövqəladə vəziyyətin 2017-ci ilin iyuluna kimi artırılması barədə qərar qəbul edib.

About admin

Check Also

ali laricani_sp

Elmar Məmmədyarov: Dağlıq Qarabağla bağlı danışıqlarda hər şey bir ay ərzində aydın olacaq

Share this on WhatsAppXarici işlər naziri Elmar Məmmədyarov news.az saytına müsahibə verib. Ato.az həmin müsahibəni təqdim edir: – …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *