Home / Bilirsinizmi? / Azərbaycanın Xalq artisti dünyasını dəyişib – FOTO
agakhan_albom_050210_3

Azərbaycanın Xalq artisti dünyasını dəyişib – FOTO

14
340
15742

Azərbaycanın Xalq artisti dünyasını dəyişib – FOTO

Xalq artisti Ağaxan Abdullayev dünyasını dəyişib.

ATO.AZ xəbər verir ki, bu barədə APA-ya muğam ustasının oğlu Hacı Minəxan Abdullayev məlumat verib.

Xalq artistinin vida mərasiminin yeri və dəfn yeri sabah məlum olacaq.

Qey edək ki, Xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub.  2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub.

About admin

Check Also

istorija-fitoterapii-400-600

Eramızdan əvvələ aid TİBBİ CƏDVƏL tapıldı – Müalicə olunmayan XƏSTƏLİK QALMAYACAQ

Share this on WhatsAppBu gün dərman istehsalı durmadan inkişaf edir. Buna baxmayaraq, ən qədim müalicə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *