Home / Bilirsinizmi? / Azerbaycan Dunya gözellk atlasında….
15672986_384719935198536_1598425076501064975_n

Azerbaycan Dunya gözellk atlasında….

Azərbaycan dünya gözəllik atlasında – FOTO

Dünyaca məşhur ruminiyalı fotoqraf Mixayel Norok bir neçə gün əvvəl Azərbaycanda olub. ATO.AZ bildirir ki, dünya ölkələrini gəzib təbii gözəl qızlar taparaq onların fotolarını çəkən fotoqrafın sonuncu dayanağı paytaxtımız Bakı olub. O, burada Fidan adlı gözəl azərbaycanlı qızla tanış olub və onun fotosunu çəkib. Fidanın şəklini rəsmi “The Atlas of Beauty” səhifəsində paylaşaraq bu sözləri yazıb: “Bir neçə həftə əvvəl Azərbaycanın paytaxtı Bakıda olarkən xeyli sayda gözəl qadınla danışmaq imkanım oldu. Kişilərin dominion rolunu oynadığı, qadınların əksəriyyətinin ərlərinin icazəsini almadan şəkil çəkdirməkdən çəkindikləri yerli cəmiyyətdə vəziyyət dəyişir. Gender bərabərliyi uğrunda mübarizə aparan azərbaycanlı qadınlar hələlik azlıqda olsalar da, onların sayı artır və əminəm ki, yaxında onlar çoxluq təşkil edəcəklər. Fidan da belə ecazkar xanımlardan biridir. O, qarşılıqlı sayğı və bərabərlik olmadan münasibətlər qurmayacağını deyir. Bəziləri üçün bu sözlər, bəlkə də adi təsir bağışlaya bilər. Amma inanın ki, dünyanın çox məkanlarında qadının belə sözləri dilə gətirməsi cəsarət və qətiyyət tələb edir”, – fotoqraf yazıb.

Ceyhun Ələkbərov      ATO.AZ

15672986_384719935198536_1598425076501064975_n

15726261_384719828531880_9032076516207962740_n

15727221_384719741865222_4606703186856217457_n

About admin

Check Also

img_0053_(2)

BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi

Share this on WhatsApp Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Universitetin Mətbuat …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *