Home / Gündəm / Millət vəkili bayramı ön cəbhədə xidmət edən əsgərlərimizlə birlikdə qeyd edib
111001

Millət vəkili bayramı ön cəbhədə xidmət edən əsgərlərimizlə birlikdə qeyd edib

Millət vəkili Qənirə Paşayeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib. Əvvəlcə müdafiə naziri adından əsgər və hərbiçilərə təbrik məktubu oxunub. Korpus komandanlığı rəsmiləri və hərbi hissənin rəhbərliyi çıxış edərək əsgər və hərbiçilərimizi təbrik ediblər və bildiriblər ki bütün əsgər və hərbiçilər Ali Baş Komandanın rəhbərliyi altında ancaq torpaqlarımızın işğaldan azad edilməsini düşünür və Aprel hadisələri bir daha odumuzun artan gücünü hər kəsə göstərdi.  Əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva əsgərləri və zabitləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Azərbaycan xalqının millik birlik günü olan həmrəylik gününün əhəmiyyətinə toxunan millət vəkili bütün azərbaycanlıların yalnız həmrəylik günündə deyil, həmişə həmrəy olmağının vacibliyini vurğulayıb: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah, gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə qeyd edək”. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitlərimizi bayram münasibəti ilə təbrik edib. Daha sonra xidmətdə fərqlənən əsgər və hərbiçilərə müdafiə nazirliyi adından mükafatlar təqdim edildi. Millət vəkili  Q.Paşayeva və digər qonaqlar xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər.  Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib. Sonra  tədbir konsert proqramı ilə davam edib.

About admin

Check Also

ermeni_0236

Dağlıq Qarabağda erməni hərbçiyə işgəncə verilib

Share this on WhatsApp Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *