Home / Gündəm / HAZIRDA BÜTÜN DÜNYA BU QƏRARI GÖZLƏYİR
15841754_360172797693779_1334401871_n

HAZIRDA BÜTÜN DÜNYA BU QƏRARI GÖZLƏYİR

ATO.AZ xeber verir ki,Bu barədə Milli.Az-a açıqlamasında 2016-cı ilin yekunlarını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğludeyib. Ekspertin sözlərinə görə, hazırda bütün dünya bu məsələnin həllinə gətirib çıxara biləcək qərarın verilməsini gözləyir: “Terror sərhəd tanımır, istənilən dövləti vura bilər. 2016-cı ildə ən çox qorunan Avropa ölkələri belə terrorun qurbanı oldular, partlayışlar və qətllər bir-birini əvəz etdi. Buna rəğmən, beynəlxalq birlik 2016-cı ildə də terrora qarşı mübarizədə birləşə bilmədi. Çünki dövlətlərin fərqli təhlükəsizlik maraqları buna imkan vermir. Rusiya ilə ABŞ və Avropa İttifaqının Suriyadakı maraqları fərqli olduğundan hərə “İŞİD” terror qruplaşması ilə öz bildiyi kimi mübarizə aparır. Ümid onadır ki, Donald Tramp 2017-ci ilin 20 yanvarında andiçmə mərasimindən sonra beynəlxalq terrorçulara qarşı ümumi koalisiyanın yaradılmasına start verəcək. Rusiya da Trampdan məhz bu qərarı gözləyir. Ekspertin fikrincə, digər ən yadda qalan məsələ dünya iqtisadiyyatındakı problemlərin 2016-ci ildə də həll olunmaması oldu: “Neft istehsalçıları əllərindən gələni etdilər ki, neftin qiyməti qalxsın. İlin sonuna yaxın buna qismən nail oldular. Hətta bu məsələdə diametral fərqli baxışlara malik olan Rusiya ilə Səudiyyə Ərəbistanı arasında belə razılaşma əldə olundu. Ancaq neft istehsalçılarına o da aydın oldu ki, neftin yüksək qiymətlərinə ümid etmək olmaz, milli iqtisadiyyatları şaxələndirmək lazımdır. Bunu Azərbaycan da anlayıb. Çünki neftin qiymətlərinin aşağı olması və ümumiyyətlə, neft istehsalının tədricən azalması Azərbaycan büdcəsinə mənfi təsir edir. Yeganə alternativimiz iqtisadiyyatı şaxələndirmək və valyuta gətirən malların istehsalına nail olmaqdır. Buna isə illər lazım gələcək. Ümid edirəm ki, 2016-cı ilin sentyabrında referendum yolu ilə dəyişdirilən Konstitusiyamız 2017-ci ildə iqtisadi islahatları sürətləndirmək qabiliyyətinə malik olacaq, prezidentin müəyyənləşdirdiyi yol xəritələri tam gücüylə işə düşəcək. Ancaq bunun üçün ölkədə siyasi, iqtisadi və məhkəmə islahatları paralel aparılmalıdır”.

About admin

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *