Home / Gündəm / Rusiya “yandırılmış torpaq” taktikasından istifadə edir – İTTİHAM
d95cba4fa5ee

Rusiya “yandırılmış torpaq” taktikasından istifadə edir – İTTİHAM

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan Rusiyanı Suriyada “yandırılmış torpaq” taktikası həyata keçirməkdə ittiham edib.

ATO.AZ  xəbər verir ki, MKİ direktoru sözügedən taktikanın Suriyada dağıntılara və minlərlə günahsız insanın həlak olmasına gətirib çıxardığını bildirib.

Rusiya Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya MKİ-nin direktorunun ittihamlarına cavab verib.

“Ümid edirik ki, ABŞ-ın “yandırılmış vicdan” siyasəti keçmişə gedəcək. Bu siyasət keçmişdə qalmalıdır. İnanmaq istəyərdik ki, bu Ağ Evin indiki administrasiyasının gedişi ilə baş verəcək. Rusiyanın Suriyada yanlış taktikası haqqında bəyanat növbəti yalandır”, – vitse-spiker jurnalistlərə deyib.

About admin

Check Also

174466

Hakimiyyət xalqa keçib… – Sərkisyan acıq edib, görüşü tərk etdi

Share this on WhatsAppİrəvanda Ermənistanın baş naziri Serj Sərkisyanla ölkədə etiraz dalğası başladan müxalifətçi deputat …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *