Home / Gündəm / Koalisiya Mosulu bombaladı – 15 dinc sakin öldü
koalisiya

Koalisiya Mosulu bombaladı – 15 dinc sakin öldü

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus təyyarələrin İraqın şərqindəki Mosul şəhərinə endirdikləri hava zərbələri nəticəsində 15 mülki sakin ölüb.

ATO.AZ  xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Mosul yaxınlığındakı səhra hospitalının cərrahiyyə şöbəsinin rəhbəri Əhməd Rəid əl-Həmdani bildirib ki, koalisiyanın bir neçə təyyarəsi 10 benzindaşıyan maşın karvanına hücum edib. Hansılar ki, yanacağı yerli sakinlərə aparırdılar.

Hava zərbələri nəticəsində bütün yük avtomobilləri yandırılıb. Nəticədə avtomobillərin yanında olan 15 yerli sakin həlak olub.

Əl-Həmdani qeyd edib ki, bombardman edilmiş bütün sisternlər mülki sakinlər üçün nəzərdə tutulmuşdu. Bunların beynəlxalq koalisiyanın hərbi əməliyyat keçirdiyi İŞİD terror qruplaşmasının təchizatı ilə bağlı heç bir əlaqəsi yox idi.

About admin

Check Also

mslman_ermnilr_dekabrn_11-i_n_1

3-cü və 4-cü erməni respublikasının yaradılması… – Şok plan/Foto

Share this on WhatsApp …Gürcüstandakı Rusiya Tədqiqatları İnstitutunun materiallarına əsasən, separatçı abxazlar və Gürcüstan hökuməti …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *