Home / Gündəm / Əsəd ANONS VERDİ: Su müharibəsi başlayır
1467019722_bashar-assad

Əsəd ANONS VERDİ: Su müharibəsi başlayır

Suriya prezidenti Bəşər Əsəd Qazaxıstanın Astana şəhərində keçirilməsi planlaşdırılan Suriya ilə bağlı toplantı öncəsi açıqlama verib.

ATO.AZ Publika.az-a istinaden  xəbər verir ki, Suriya lideri sülh danışıqlarında istənilən mövzunu müzakirə etməyə hazır olduğunu söyləyib.

Dövlət başçısı həmçinin bildirib ki, danışıqlar masasında qarşı tərəfdən kimlərin olacağını hələ bilmir. Dəməşqdəki su probleminə toxunan Əsəd əsas su mənbələrinin işğal edildiyini və onları geri almaq üçün ordunun hərəkətə keçəcəyini deyib.

Əsəd konstitusiyaya dəyişikliklər üçün təklif olunan referenduma da yaşıl işıq yandırıb. O bildirib ki, Astanada keçiriləcək danışıqlarda əsas mövzulardan biri də konstitusiya olmalıdır.

“Bu mərhələdə mənim prezidentliyimi müzakirə etmək istəyirlərsə, konstitusiya da müzakirə edilməlidir. Bu konstitusiya hökumətin, dövlət başçısının, ya da müxalifətin deyil, Suriya xalqının olmalıdır. Və hər konstitusiya üçün referenduma ehtiyac var”, – deyə Suriya lideri bildirib.

Qeyd edək ki, Türkiyə, İran və Rusiyanın vasitəçiliyi ilə Astana sülh danışıqlarının yanvarın 23-də keçirilməsi planlaşdırılıb.

About admin

Check Also

mudafie nazirliyi7

Erməni hərbçini biz vurmamışıq – Müdafiə Nazirliyi açıqlama yaydı

Share this on WhatsAppAzərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *