Home / Gündəm / İran Rusiyadan uran konsentratı alır
uran

İran Rusiyadan uran konsentratı alır

İran Rusiyadan 130 ton uran konsentratı alacaq.

ATO.AZ Publika.az-a istinaden  xəbər verir ki, transfer ABŞ və digər “altılıq” ölkələri ilə razılaşdırılıb.

2015-ci ildə İran Rusiyaya tədarük etdiyi 11 ton az zənginləşdirilmiş uranın qarşılığında 197 ton uran konsentratı alıb. İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Buşəhr AES-də istehsal olunan zənginləşdirilmiş uranın Rusiyada uran filizinin konsentratı ilə dəyişdiriləcəyini bildirmişdi.

Qeyd olunan məsələlər Vyanada iyulun 14-də İranın nüvə proqramına dair qəbul olunan birgə hərtərəfli tədbirlər planı ilə nəzərdə tutulub. Qeyd edək ki, hər il 300 kq-a yaxın əlavə zənginləşdirilmiş uran istehsal edən İran ondan istifadə edə bilməz. Bu səbəbdən, İran Rusiya daxil olmaqla digər ölkələrə uranın satışına dair danışıqlar aparır. (apa)

About admin

Check Also

174466

Hakimiyyət xalqa keçib… – Sərkisyan acıq edib, görüşü tərk etdi

Share this on WhatsAppİrəvanda Ermənistanın baş naziri Serj Sərkisyanla ölkədə etiraz dalğası başladan müxalifətçi deputat …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *