Home / Bilirsinizmi? / Azerbaycanda ermeniler ehali sayina göre 4 cü yerdedirler
15978015_392368931100303_4599801002972455452_n

Azerbaycanda ermeniler ehali sayina göre 4 cü yerdedirler

Vetenimiz Azerbaycan haqqinda ne bilirik?
Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir. Ölkə 39° 24′, 41° 54′ şimal en dairələri arasında və 44° 46′, 50° 45′ şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3472 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 15 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir. Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir. İqlim. Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələgəlməsinə böyük təsir göstərir. Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir Vetenimiz Azerbaycan haqqinda Əhali 2004-cü ilin əvvəlində Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 %ni şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 %ni kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 % kişi, 4 milyon 207 min nəfəri və ya 51 % qadınlardır. Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 % 0-14 yaşda, 67 % 15-64 yaşda, 7 % isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 % 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhərlərdə yaşayır. Əhalinin orta yaşı 31 yaş təşkil edir. 13 – 22 aprel 2009-cu ildə aparılmış siyahıya almaya əsasən Azərbaycan Respublikasının 8,896 milyon nəfər əhalisi var .[2][3] 2010-cu il yanvarın 15-i saat 5.10 dəqiqədə Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib Vetenimiz Azerbaycan haqqinda Etnik tərkibi Əhalinin son siyahıya alınmasının (27.01.1999) nəticələrinə görə ölkə əhalisinin 90,6% Azərbaycanlılar, 2,2% ləzgilər, 1,8% ruslar, 1,5% ermənilər, 1,0% talışlar, 0,6% avarlar, 0,5% Axısqa türkləri, 0,4% tatarlar, 0,4% ukraynalılar, 0,2% saxurlar, 0,2% gürcülər (ingiloylar daxil olmaqla), 0,2% kürdlər, 0,13% tatlar, 0,1% yəhudilər, 0,05% udinlər, 0,12% isə digər xalqlardır.[6] 1999 Azərbaycanlılar 8 205 464 Ləzgilər 178 021 Ruslar 141 687 Ermənilər 120 745 Talışlar 76 841 Avarlar 50 871 Axısqa türkləri 43 454 Tatarlar 30 011 Ukraynalılar 29 984 Saxurlar 15 877 İngiloylar və Gürcülər 14 877 Kürdlər 13 075 Tatlar 10 922 Yəhudilər 8 916 Udinlər 4 152 Digərləri 9 541 Cəmi əhali 8 953 438 Vetenimiz Azerbaycan haqqinda Dövlət Rəmzləri Azərbaycan Respublikasının dövlət rəmzləri: Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Azərbaycan Respublikası Dövlət Bayrağının və Azərbaycan Respublikasının Dövlət gerbi təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni ölkə Konstitusiyası ilə müəyyən edilir. Paytaxt Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 3 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır. Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir Vetenimiz Azerbaycan haqqinda Dil Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya-da, Amerika Birləşmiş Ştatları-nda, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir. Din Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışı İslamdır. Digər dinlər bunlardır: Yəhudilik, Xristianlıq, Alban-udi kilsəsi. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanda yaşayan xalqların tarixən İslam dininə mənsub olması məlumdur. Hətta Nizami, Füzuli kimi dünyaca məşhur şəxsiyyətlərin, o cümlədən, adlarının sətirlərlə yer tutacağı bir sıra elm, mədəniyyət, dövlət xadimlərinin məhz müsəlman olması danılmaz faktdır. Ancaq əsrlərlə başqa dinlərin nümayəndələrinə də xoş münasibət göstərən və onların dinlərinə xidmət etməklərinə mane olmayan azəri türkləri bunun qarşılığında İslamiyyət əleyhinə aparılan siyasətlərin qurbanı olub. Dinimizin əsasında yeri olmayan şiə-sünni qarşıdurmasının ən çox dəstəkləndiyi və artıq “tez-tez qanayan yara” halına gətirildiyi coğrafiyalardan ən başlıcalarından biri də ölkəmizdir. Bu isə mənfur qonşularımızın və İslamiyyət düşmənlərinin xeyrinədir. Hal-hazırda Azərbaycanda İslam dini üstün mövqe tutur. Məzhəblərə gəldikdə isə azərbacanlıların çoxu (67%) 12 imam şiələridir. Bu əsasən Səfəvilər (16-18-ci əsrlər) dövlətinin Azərbaycan ərazisində bu məzhəbi təbliğ etməsi ilə bağlıdır. Bir faktı da qeyd etmək lazımdır ki, “qılınc müsəlmanı” termini azərbaycan xalqına, ələlxüsus da əhalinin əksəriyyətini təşkil edən azəri türklərinə şamil edilə bilməz. Belə ki, Xəzər türklərinin Tək Tanrılıq prinsiplərinə uyğun olan dinə (Atəşpərəstlik deyil) sitayiş etməsi məlumdur. Xəzərlər bir müddət müsəlman-ərəb qoşunlarına qarşı döyüşdükdən sonra elçilər göndərmiş və İslamiyyətin əsl mahiyyətini anladıqdan sonra qəbul etmişdirlər. Hətta bu təslimiyyət günlərimizə qədər davam edən və, Rəbbimizin iznilə, Axirətə qədər davam edəcək sadiqliyə çevrilmişdir. Vetenimiz Azerbaycan haqqinda Dövlət bayramları və xüsusi günlər Rəsmi 1 yanvar – Yeni İl Bayramı 8 mart – Beynəlxalq Qadınlar Günü 20 mart-21 mart – Novruz bayramı 28 may – Respublika Günü 15 iyun – Azərbaycan Milli Qurtuluş günü 26 iyun – Azərbaycan Silahlı Quvvələri Günü 18 oktyabr – Azərbaycan Respulikasının Dövlət Mustəqilliyi Günü 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü 12 noyabr – Konstitusiya Günü 17 noyabr – Milli Dirçəliş Günü 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Dini Qurban Bayramı (2 gün) Ramazan Bayramı (2 gün) Xüsusi günlər 20 yanvar – Ümumxalq hüzn günü ( Sovet Ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qırğın,20 yanvar 1990-cı il ) 26 fevral – Xocalı soyqırımı günü 31 mart – Azərbaycanlıların soyqırımı günü. Abşeron, Ağcabədi, Ağdərə, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Bakı (paytaxt),Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Dəliməmmədli, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Göytəpə, Hacıqabul, Horadiz, Xaçmaz, Xankəndi, Xızı, Xocalı, Xocavənd, Xudat,İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Laçın, Lənkəran, Lerik, Liman,Masallı, Mingəçevir, Naftalan,Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Siyəzən, Sumqayıt, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab. Naxçıvan Muxtar Respublikası Babək, Culfa, Kəngərli(Qıvraq), Naxçıvan, Ordubad, Sədərək(Heydərabad), Şahbuz, Şərur Hazırda işğal altinda olan əraziləri: Dağlıq Qarabağ, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan… Men hemise fexr etmisem ki Men Azerbaycanliyam…

About admin

Check Also

333

SS lərin faşistlərə qarşı vuruşmuş ordusu

Share this on WhatsAppMərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “soyuq müharibə” illərində hərbi cinayətkar elan olunan SS …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *