Home / Bilirsinizmi? / Şəhidlər üçün UNİKAL ADDIM
16144237_1563533253662751_843520228_n

Şəhidlər üçün UNİKAL ADDIM

Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən “20 Yanvar” şəhidilərinin Vikipediya
səhifəsi yaradılıb.

ATO.AZ -ın xəbərinə görə, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əməkdaşları tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin vikipediya səhifəsi yaradılıb. Səhifədə 146 şəhidin 85-i barədə məlumat əksini tapıb.

Mərkəzi Elmi Kitabxanadan verilən məlumatda bu səhifənin şəhidlərimiz haqqında gələcək nəsillərin məlumat əldə edə bilməsi üçün faydalı olacağı deyilir: “Buradakı məlumatlar nəticəsində insanlarımız şəhidlərimizin qəhrəmanlıqları haqqında məlumatlana biləcəklər. Həmin məlumatların beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün ingilis və rus dillərinə tərcüməsi də planlaşdırılır”.

About admin

Check Also

174466

Hakimiyyət xalqa keçib… – Sərkisyan acıq edib, görüşü tərk etdi

Share this on WhatsAppİrəvanda Ermənistanın baş naziri Serj Sərkisyanla ölkədə etiraz dalğası başladan müxalifətçi deputat …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *