Home / Gündəm / Türkiyəyə qarşı YENİ ORDU: ABŞ və İngiltərə…
maxresdefault(17)

Türkiyəyə qarşı YENİ ORDU: ABŞ və İngiltərə…

Suriya və İraqın şimalında məskən salan terrorçulardan quru gücü kimi istifadə etmək istəyən ABŞ və İngiltərə onlara təlim vermək və silahlandırmaqla kifayətlənməyib.

ATO.AZ  Türkiyənin “Sözçü” nəşrinə istinadən xəbər verir ki, ABŞ və İngiltərə PKK terrorçularına nizami ordunun hərbiçiləri kimi forma geyindirir, onları silahla təchiz edirlər.

Sincardan Kərkükə qədər geniş bir ərazidə hərəkət sərbəstliyi qazanan təşkilat, İŞİD terror qruplaşmasından qaçan yezidi gəncləri də sıralarına qatır. Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin 2016-cı il üçün hazırladığı media hesabatında PKK-ya verilən yeni silahlar və hərbi formalarının fotoşəkilləri yer alıb.

“PKK ona verilən hərbi dəstəklə görünüşünü dəyişdirməyə başlayıb. PKK Qərb hərbi mütəxəssislərin nəzarəti altında illərdir ki, terror ordusunun alt təbəqəsini hazırlayır. Suriya və İraqın şimalında terror kantonları, bazalar və düşərgələr qurulur”, – deyə hesabatda bildirilir.

PKK hazırda Kərkükün cənubunda döyüşçü toplayır. Həftəlik proqramlar şəklində Qərb mütəxəssisləri tərəfindən verilən silahlı təlimdən sonra bu döyüşçülərə hərbi forma geyindirilir. Döyüşçülər andiçmə mərasimlərində Türkiyənin ünvanına təhqirlərlə dolu şüarlar səsləndirirlər.

About admin

Check Also

26733534_190462805033246_8401784531917337062_n

20 Yanvar faciəsindən 28 il ötür

Share this on WhatsAppAzərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 28 il keçir. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *