Home / Bilirsinizmi? / Yeni anadan olan uşaq bütün dilləri anlaya bilir- Elmi müəmma
kesehatan-Balita1

Yeni anadan olan uşaq bütün dilləri anlaya bilir- Elmi müəmma

Cənubi Koreya və Hollandiya alimlərinin birgə apardığı araşdırmalar heyrətləndirici sonluqla nəticələnib.
ATO.AZ  xəbər verir ki, yeni anadan olan bir qrup körpələrin sayəsində  elmə indiyə qədər məlum olmayan bir fakt aşkarlanıb. Belə ki, milliyətindən asılı olmayaraq, anadan olan ətrafında danışıla istənilən dili qavrayır. Məsələn, uşağın ata və anasının Cənubi Koreyalı olmasına baxmayaraq, o, Hollandiyada anadan olarsa və ətrafındakı insanlar holland dilində danışarsa, o zaman yeni doğulan körpə yanındakı danışığı tam qavrayacaq. Yaxud da, əksinə, valideynləri holland olan çağa dünyaya Cənubi Koreyada gələrsə, bu dildə danışılanları iki aylığına qədər qavraya biləcək.
Araşdırma nəticəsində bir fakt da müəyyən edilib. Belə ki, müəyyən coğrafiyada anadan olan uşaq, sonradan bu dildən istifadə etməsə belə, uzun illərin ardından doğulduğu coğrafiyanın dilini asanlıqla qavrayacaq. Məsələn, hər hansı azərbaycanlı İngiltərədə anadan olubsa, iki-üç aylığına qədər orada yaşayıbsa, sonradan vətənə köçməsi onun ingilis dilini öyrənməsinə mane ola bilməz. Hətta üstündən 20 il keçsə də artıq gənc olan həmin uşaq ingilis dilini asanlıqla mənimsəyəcək. Çünki iki-üç aylığına qədər bu dil onun şüuraltısına hopub. O bizlərdən fərqli olaraq, ingilis dilini öyrənməyəcək, sadəcə, onu təkrarlayacaq.

About admin

Check Also

image-136

Güneyli fədakar öldü

Share this on WhatsApp55 il öncə belə bir soyuq payız günündə Güney Azərbaycanın Miyana bölgəsində …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *