Home / Bilirsinizmi? / Nalbandyan Azərbaycan əsgərinin meyitini niyə vermədiklərindən danışdı
16123397_187079671770853_468786686

Nalbandyan Azərbaycan əsgərinin meyitini niyə vermədiklərindən danışdı

Ermənistan XİN başçısı Çingiz Qurbanovun meyitinin qaytarılmamasının səbəbini aparılan istintaqla əlaqələndirib

Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün Ermənistan tərəfi istintaqın başa çatmasını gözləyir.ATO.AZ qeyd edir ki,  Sputnik Ermənistan-ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan heç vaxt ölənlərin meyitinin qaytarılmasına qarşı olmayıb. Hətta bu haqda Həştərxanda Azərbaycanla razılaşmada da əldə olunub” — o bildirib.

Qeyd edək ki, ötən ilin dekabrın 29-u səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən, bölmələrimizin pusqusuna düşüb. Atışma zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov həlak olub və onun meyiti ermənilərin nəzarətində olan ərazidə qalıb. Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland, ATƏT-in Minsk Qrupunun həmsədrləri, NATO, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman), Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və bir sıra digər beynəlxalq qurumlar Ermənistan tərəfini azərbaycanlı əsgərin meyitini gecikdirmədən, dərhal qaytarmağa çağırıb. Beynəlxalq qurumlar bununla bağlı Ermənistanı 2010-cu ildə prezidentlərin Həştərxan razılaşmasına əməl etməyə çağırsa da, qarşı tərəf öhdəliyi yerinə yetirmir. Artıq 34 gündür ki, Çingiz Qurbanovun meyiti erməni tərəfdədir.

About admin

Check Also

oleg_kuznetsovvvvvv

Kuznetsovun ssenarisi: Qarabağ bu tarixdə azad edilir? – Şərh

Share this on WhatsApp Rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsov rusdilli minval.az saytına …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *