Home / Bilirsinizmi? / Generalların Bakı görüşü Ermənistanı pat vəziyyətinə saldı – Şərh
1487227631_danford-qerasimov1

Generalların Bakı görüşü Ermənistanı pat vəziyyətinə saldı – Şərh

ABŞ və Rusiya baş qərargah rəislərinin Bakıdakı görüşü Ermənistanı pat vəziyyətinə salıb.

ATO.AZ  xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ermənilər də anlamırlar ki, bu cür mötəbər təmas üçün iki böyük dövlət niyə Azərbaycanın paytaxtını seçib?

“Dünən və bu gün Ermənistanın neçə saytına baxdım, heç bir yerdə generalların Bakı görüşü haqqında məlumat yoxdur. Bir tərəfdən paxıllıq hissi, digər tərəfdən Azərbaycanın bölgədə artan rolunu həzm edə bilmirlər. Rəsmi İrəvan ümid edirdi ki, ABŞ və Rusiya Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq üçün hərbi təzyiqinə qarşı sərt mövqe ortaya qoyacaq, onlar isə tam əksinə, Bakıya danışıqlar məkanı kimi etibar edir. Bu görüş bizə işğalçıya təzyiqi artırmaq üçün münbit şərait yaradır”, – deyə politoloq bildirib.

About admin

Check Also

31218570_575967129427298_228850954340925440_n

Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu

Share this on WhatsAppYerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb. Ato.az  xəbər verir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *