Home / Bilirsinizmi? / İtaliyalı xristianlar TÜRK OLDU: türkləri görmədən 323 ildir ki, onlar kimi YAŞAYANLAR – FOTOLAR
1487184275-d0bf41

İtaliyalı xristianlar TÜRK OLDU: türkləri görmədən 323 ildir ki, onlar kimi YAŞAYANLAR – FOTOLAR

Onlar türkcə bilmədən və türkləri görmədən 323 ildir ki, türklər kimi yaşayırlar.

İtaliyadakı Moena kəndinin sakinləri türklərdən daha çox türk kimi yaşayan bir xalqdır.

İtaliyada Manzori dağlarının ətəyindəki “La Tursia” adı ilə də tanınan Moena kəndinin sakinləri, türkcə bilmir, lakin özlərini türk olaraq təqdim edirlər.

İtaliya-Avstriya sərhədində yerləşən Moena kəndi son zamanlarda Türkiyədə hər kəsin marağına səbəb olan bölgələrdən biridir.

Alp dağlarının ən ucqar küncündə və Avstriya sərhədindəki italyan kəndi Moenanın digər adı isə La Tursia, yəni Türkiyədir. Bu kəndin əhalisi türkcə bilmir, Türkiyədən də çox uzaqdırlar. Amma onlar 323 ildir ki, türk kimi yaşayırlar.

Bu kəndə yeniçərilərdən birinin gəlməsi ilə türkləşən Moena kəndinin tarixçəsi hər kəsi heyrətə salıb.

Bu kənddə hər il avqust ayının ikinci həftəsinin sonunda bir türk karnavalı keçirilir. Bu karnavalda Moenanın bələdiyyə sədri padşah obrazını canlandıraraq Osmanlı paltarları geyir. Hər kəs bir şəkildə türkləşir. Bu kəndin sakinləri Türkiyəni və türkləri görməsələr belə eşitdikləri və bildikləri tərzdə türk kimi görünməyə çalışırlar. Karnaval zamanı insanlar bığ taxır, fəs geyir və öz tikdikləri ay ulduzlu bayraqları evlərinə taxırlar.

Osmanlı zamanında Moena kəndinə sığınan bir yeniçəri burada məskunlaşaraq, qəhrəman kimi xalq arasında ad qazandıqdan sonra kəndin adı da La Tursia olaraq dildən-dilə dolaşmağa başlayıb. Kənddəki bir küçənin adı da Türkiyə küçəsidir.

Bu qəribə dastan tam 323 il əvvəl başlayıb. 2-ci Vyana mühasirəsindən sonra bir Osmanlı əsgəri, İtaliyada kiçik bir qəsəbəyə sığınıb. Ölmək üzrə olan bu yeniçəri hərbçi kəndlilər tərəfindən müalicə edilib. Sağaldıqdan sonra isə o kənddən bir qızla evlənib. Kənd əhalisinin “İl Turko” adını verdiyi əsgər, həmin dövrdə qraflığın xalqdan istədiyi haqsız vergilərə qarşı kəndi ayaqlanmağa səsləyir və mühafizə edir. O, özünü və türk adət-ənənəsini bu bölgənin əhalisinə elə sevdirir ki, onun ölümündən sonra belə bu türk ənənələri yaşadılaraq nəsildən-nəsilə ötürülür.

Yaz aylarında əhalisi 2600, qışda isə 14 minə çatan, İtaliyada Manzori dağlarının ətəyindəki Moena kəndi 323 ildir bu adət-ənənələrlə yaşayır. Bir Türkə inanan və əsrlərdir bunu qoruyan moenalılar “Biz Moenadaki Türkiyəmizdə dünyaya gəldik” deyirlər.

Kənd sakinlərinin heç biri Türkiyədən gəlməyib. Kəndin küçələrində italyan deyil, türk bayraqları dalğalanır. Onlar kitablardan və televiziyalardan gördükləri qədər Türkiyəni təqib etməyə çalışırlar. Qəhrəman olaraq gördükləri yeniçəri əsgərin xatirəsinə hər il avqust ayının ilk həftəsi kənddə “Moena Türk Festivalı”nda bələdiyyə başçısı daxil olmaqla hər kəs türk kimi geyinir, yeniçəri paltarı geymiş əsgərlər də ortalıqda gəzir. Festivalda kəndin ən yaşlı adamı “İl Turko”nu təmsil edir. Yeniçəri əsgərinin büstünün də olduğu meydanda festival iki gün davam edir.

Kəndin bələdiyyə sədri Rikardo Frankesetti türklərin gəlib buradakı kiçik Türkiyəni görməli olduğunu deyib.

“Qəbul etməliyik ki aramızda çox güclü bir bağ var. Bu festivalle bu bağı gücləndirmək istəyirik. Beləcə bir-birimizi daha çox ziyarət edə bilərik. Bu festival aramızda yeni bağlar qura bilər.”

323-yildir-turk-gibi-yasayan-italyanlar-h1487184156-3b7d95-690x400

About admin

Check Also

31218570_575967129427298_228850954340925440_n

Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu

Share this on WhatsAppYerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb. Ato.az  xəbər verir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *